SON XƏBƏRLƏR

Neftin qiyməti son 1 ayda ən aşağı həddə düşüb

2021.10.20, 07:36
Neftin qiyməti son 1 ayda ən aşağı həddə düşüb

Gunaz.tv
Neftin qiyməti son 1 ayda ən aşağı həddə düşüb neft_10_09_08.jpg Qara qızıl 36 dollara satılır Dünya bazarında neftin qiyməti son 1 ayda ən aşağı həddə düşüb. Yanvarın 14-də keçirilən hərraclarda qara qızılın bareli 36 dollara satılıb. Azərilayt markalı neft bir qədər ucuzlaşaraq 45 dollar 70 sent olub. Maliyyə birjalarında avronun məzənnəsi 1 dollar 31 sent olub. Qızılın unsiyası isə 810 dollara qədər ucuzlaşıb. İndi qiymətli metalın qramı 26 dollar 12 sentdir./ANS TV/ -------------------------------------------------------------------- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub Bütün hallarda düşmən cavab atəşilə susdurulub Ermənistan silahlı qüvvələri yanvarın 14-də atəşkəs rejimini pozublar. Erməni ordusu saat 17.50-dən başlayaraq, fasilələrlə saat 21:00-dək Ermənistanın Berd rayonunun Mosesqex və Ayqepar kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əlibəyli kəndindəki mövqelərini, həmçinin Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərindən ordumuzun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar