SON XƏBƏRLƏR

İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 1000-ə çatıb

2021.10.20, 07:36
İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 1000-ə çatıb

Gunaz.tv
İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 1000-ə çatıb qezza_15_01_09.jpg Bölgənin 1,4 milyonluq əhalisinin yarıdan çoxu elektriksiz qalıb İsrailin Qəzza zolağında həyata keçiridiyi hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı artmaqda davam edir. Artıq Qəzzada 1000-dən çox insan müharibənin qurbanı olub, 4700-yə yaxın yaralı var. BMT-nin hesablamalarına görə, İsrailin Qəzzaya hücumları nəticəsində bölgənin 1,4 milyonluq əhalisinin 2/3 hazırda elektriksiz qalıb. Əhalinin yarısı isə içməli su tapmır. İsrailin Qəzzaya hücumlarının davam etdiyi bir zamanda həm Həmas, həm də İsrail tərəfi döyüş əməliyyatlarının getməsini əks etdirən kadrlar yayımlayıb. İsrail müdafiə qüvvələrinin yaydığı kadrlarda əsgərlərin Qəzzaya doğru hərəkət etməsi və İsrailin iddiasına görə raket atılan məntəqələrin yeri göstərilib. Bütün gecəni isə İsrailin döyüş təyyarələri və helikopterləri Qəzzada silah-sursat qaçaqmalçılığında şübhəli bildiyi 35-ə yaxın tuneli bombardımana məruz qoyub. Həmas da İsrail əsgərlərinə edilən hücumları əks etdirən kadrlar yayıb. Kadrlardan görünür ki, Qəzzadakı bir binada dayanan əsgərlər orda parrtlayış baş verəndən sonra qəflətən atəşə tutulurlar. Qeyd edək ki, ötən gün İsrail ərazisinə 12 raket zərbəsi endirilib. Müharibənin ilk günləri bu zərbələrin sayı 80-ə çatırdı. Qəzzada vəziyyətinin durmadan gərginləşdiyi bir vaxtda dünyanın 1 nömrəli terrorçusu elan olunan «Əl-Qaidə» lideri Usama Bin Ladenin baş verənlərlə bağlı müraciəti yayılıb. Səs yazısının həqiqətən Bin Ladenə məxsus olub-olmamasını dəqiqləşdirmək mümkün olmasa da, bu dəfəki müraciətdə səs Bin Ladenin ötən müracətindəki səslə oxşar olub. O, çıxışında müsəlmanları İsrailə qarşı cihada çağırıb və ərəb ölkələrini yəhudi dövləti ilə müttəfiqlikdə günahlandırıb. Bin Laden 22 dəqiqə davam edən çıxışında Amerikanı və onun hərbi müttəfiqlərini İraqda və Əfqanıstanda yeni cəbhələrin açılması ilə hədələyib. Müraciətdə Bin Laden ilk dəfə olaraq Obama haqqında danışmasına baxmayaraq, onun adını çəkməyib./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar