SON XƏBƏRLƏR

Ermənistan güzəştlərə hazırlaşır

2021.10.20, 07:36
Ermənistan güzəştlərə hazırlaşır

Gunaz.tv
Ermənistan güzəştlərə hazırlaşır tiqran-sarkisyan.jpg Tiqran Sərkisyan: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ediləcək güzəştlər Ermənistan daxilində parçalanmaya səbəb olmayacaq” “ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində fəaliyyətini Vaşinqtonda vitse-prezident Riçard Çeyni və dövlət katibi Kondoliza Raysla müzakirə etmişəm. Onlar bildirdilər ki, bu, ən yaxşı formatdır və Minsk Qrupunun fəaliyyətini dəstəkləyirlər”. APA-nın məlumatına görə, bu fikirləri “İnterfaks”a müsahibəsində Ermənistanın baş naziri Tiqran Sərkisyan söyləyib. O, Vaşinqtonda Minsk Qrupunun həmsədr ölkələri arasında qarşılıqlı anlaşma olması barədə fikir formalaşdığını deyib: “Kondoliza Rays açıq şəkildə bildirdi ki, Minsk Qrupunun fəaliyyəti ilə bağlı rusiyalı həmkarı ilə söhbətləşib və bu məsələdə tam qarşılıqlı anlaşma var. Bu o deməkdir ki, həm Amerika, həm Rusiya, həm də Fransa bu formatı daha effektli və qəbul edilən sayır. Biz bu dəyərləndirmələrlə razıyıq, çünki bu mövqe bizim baxışlarımızla üst-üstə düşür”. Tiqran Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında edəcəkləri mümkün güzəştlərin ölkə daxilində parçalanmaya gətirib çıxaracağına inanmadığını bildirib: “Çünki, mövqeyimiz belədir ki, istənilən qərar ilk növbədə Dağlıq Qarabağ üçün qəbul edilən olmalıdır. Əgər güzəştlər Dağlıq Qarabağ xalqının maraqlarına uyğun gəlməsə, deməli o güzəştləri biz də qəbul etməyəcəyik”. Tiqran Sərkisyan Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində danışıqların səmərəli şəkildə davam etdiyini bildirib: “Türkiyə-Ermənistan münasibətlərində əhəmiyyətli irəliləyiş var. Qonşu dövlətlərlə, o cümlədən Türkiyə və Azərbaycanla dinc qonşuluq münasibətlərinin qurulması Ermənistanla marağındadır. Sərhədlərin açılmasına gəldikdə əgər qonşu dövlətlərlə siyasi və iqtisadi münasibətlər normallaşsa, sərhədlərin açılmasında heç bir problem olmayacaq”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar