SON XƏBƏRLƏR

AKP-nin qərargahını partladan 8 terrorçu tutuldu

2021.10.20, 07:36
AKP-nin qərargahını partladan 8 terrorçu tutuldu

Gunaz.tv
AKP-nin qərargahını partladan 8 terrorçu tutuldu istanbul-terror.jpg Onların PKK terror təşkilatı ilə əlaqəli olduqları güman edilir Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul şöbəsinin mənzil-qərargahında partlayış törətməkdə şübhəli bilinən 8 nəfər həbs olunub. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, onlar PKK terror təşkilatı ilə əlaqədə suçlanırlar. Xatırladaq ki, terror aktı 2008-ci il dekabrın 1-də həyata keçirilib. AKP-nin İstanbul şöbəsinin girişində əldəqayırma bombanın partladılması nəticəsində 1 polis əməkdaşı ölüb, 9 nəfər isə yaralanıb. Aksiyanın məsuliyyətini az məlum olan solçu “İnqilab komandanlığı” qruplaşması öz üzərinə götürüb. Bu qruplaşmanın PKK ilə əlaqəli olduğu istisna edilmir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar