SON XƏBƏRLƏR

BBC TELEVİZİYASI FARSCA VERİLİŞLƏR YAYMAĞA BAŞLADI

2021.10.20, 07:36
BBC TELEVİZİYASI FARSCA VERİLİŞLƏR YAYMAĞA BAŞLADI

Gunaz.tv
BBC TELEVİZİYASI FARSCA VERİLİŞLƏR YAYMAĞA BAŞLADI 2009-01-14 - 18:52:00 Yanvarın 14-də Tehran vaxtıyla saat 17-də BBC televiziyası farsca verilişlər yaymağa başlayıb. «Media forum» saytının məlumatına görə, BBC hələlik gündə 8 saat farsca yayımlanacaq. Onun əsas auditoriyası fars dili işlənən İran, Əfqanistan və Tacikistandır. BBC-nin fars dilindəki verilişlərini hazırlamaq üçün dünyanın müxtəlif ölkələrində 70 ofis təsis edilib və 200 müxbir işə cəlb olunub. Verilişlərin yayımına bir neçə saat qalmış təhlükəsizlik (ETTELAAT) naziri Möhsüni Ejei jurnalistlərə açıqlamasında BBC şəbəkəsinin fəaliyyətinin ölkənin milli təhlükəsizliyinə zidd olduğunu deyib: «BBC şəbəkəsinin fars dilində fəaliyyətə başlaması ölkənin milli təhlükəsizliyinə qarşı olduğundan lazımı tədbirlər görəcəyik». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar