SON XƏBƏRLƏR

Rusiya Ermənistana silah satdığını təkzib etdi

2021.10.20, 07:36
Rusiya Ermənistana silah satdığını təkzib etdi

Gunaz.tv
Rusiya Ermənistana silah satdığını təkzib etdi article_1231927407.gif RF Müdafiə Nazirliyinin rəsmisi danışdı Rusiya Federasiyasının (RF) Müdafiə Nazirliyi KİV-in Yerevana 800 mln. dollar həcmində Rusiya silahlarının tədarükü barədə məlumatlarını təkzib edib. "Ermənistana Rusiya silahları tədarük olunmayıb. Bu barədə yayılan məlumatlar həqiqətəuyğun deyil", - deyə çərşənbə günü "İnterfaks-AVN"yə Rusiya Müdafiə Nazirliyinin mətbuat və informasiya xidməti müdiri vəzifələrini müvəqqəti icra edən polkovnik Aleksandr Drobışevski bildirib. O qeyd edib ki, Rusiyanın Müdafiə İdarəsi Azərbaycanın Müdafiə Nazirliyindən Ermənistana silah tədarükü faktı barədə sorğu alıb. "Rəsmi cavab yaxın vaxtlarda hazır olacaq", - deyə RF Müdafiə Nazirliyinin nümayəndəsi bildirib. // Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar