SON XƏBƏRLƏR

Pentaqon: Quantanamo həbsxanasının sabiq məhbusları yenidən terrorçuluqla məşğuldur

2021.10.20, 07:36
Pentaqon: Quantanamo həbsxanasının sabiq məhbusları yenidən terrorçuluqla məşğuldur

Gunaz.tv
Pentaqon: Quantanamo həbsxanasının sabiq məhbusları yenidən terrorçuluqla məşğuldur Vaşinqton-APA. Quantanamo həbsxanasında cəzalarını çəkərək azadlığa çıxan məhbusların bir qismi yenidən terrorçuluqla məşğuldur. APA-nın məlumatına görə, Pentaqon sabiq məhbusların yenidən terrorçuluqla məşğul olmasına dair 61 fakt olduğunu açıqlayıb. 18 hadisədə sabiq məhbusun yenidən terrorçu fəaliyyətlə məşğul olduğu təsdiqlənib, 43 fakt isə hələlik araşdırılır. Qeyd edək ki, bundan əvvəl Pentaqon 37 sabiq məhbusun terrorçuluqla məşğul olduğunu açıqlamışdı. Qeyd edək ki, hazırda Qunatanamo hərbi bazasında 250 məhbus saxlanılır. Onlardan 60 nəfərinin ABŞ hakimiyyət orqanlarının qərarı ilə azadlığa buraxılması gözlənilir. Lakin bu prosedura həmin məhbusların vətəndaşı olduğuölkələrin onları qəbul etməkdən imtina etməsi səbəbilə uzanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar