SON XƏBƏRLƏR

BİN LADENDƏN NÖVBƏTİ CİHAD ÇAĞIRIŞI

2021.10.20, 07:36
BİN LADENDƏN NÖVBƏTİ CİHAD ÇAĞIRIŞI

Gunaz.tv
BİN LADENDƏN NÖVBƏTİ CİHAD ÇAĞIRIŞI 1 nömrəli terrorçunun yeni hədəfi İsraildir 4384.jpg 1 nömrəli terrorçu Üsamə bin Laden Qəzza sektorunda 900-dən çox insanın İsrail hərbçiləri tərəfindən öldürülməsi səbəbindən dunya müsəlmanlarına müraciət edərək onları İsrailə qarşı cihada çağırıb. Bu barədə “Röyter” agentliyi xəbər yayıb. Agentliyin məlumatına görə, bin Ladenin çağırışı islam saytlarının birindən yayılib və səsin bu ay yazıldığı məlum olub. musavat.com -------------------------------------------------------------- Avropa hələ də donur Dünən səhər Rusiya Ukrayna ərazisi ilə Avropa Birliyinə təbii qaz nəqlini bərpa edib. "Qazprom"un yolladığı təbii qaz Türkiyə, Moldova və Balkan dövlətləri üçün nəzərdə tutulub. Qaz nəqlinin bərpası tranzitə xüsusi komissiyanın tərəfindən müşahidə ediləcəyi barədə Rusiya və Ukrayna arasında razılaşmanın əldə edilməsindən sonra mümkün olub. Müşahidəçilər qrupuna Rusiya və Ukrayna ilə yanaşı, Avropa Birliyinin ekspretləri daxildir. Rusiya Ukrayna ərazisi ilə Avropaya qaz nəqlini yanvarın 7-də dayandırmışdı. Səbəb isə "Qazprom"un Kiyevi qaz oğurluğunda və aldığı "mavi yanacağa" görə yığılıb qalmış borcları ödəməmək istəməməsində günahlandırması idi. Bununla belə, dünən Avropa ölkələri təbii qaz idxalında problemlərlə üzləşiblər. "Naftoqaz Ukrayna" bildirir ki, "Suca" qazölçmə stansiyasında tranzit qaz boru kəmərini aça bilməyib. Səbəb isə Rusiyanın borularla yetərincə qaz vurmamasıdır. "Hazırda "Suca" stansiyasında magistral qaz boru kəmərlərində təzyiq 75 atmosferə bərabərdirsə, Ukraynanın qaznəqliyyatı sisteminə girişdə təzyiq sıfıra düşür. Bu isə Ukrayna tərəfdən bütün kranların bağlanması deməkdir", - "Qazprom"un yaydığı bəyanatda deyilir. Rusiya qazının Ukrayna ərazisi ilə Avropa Birliyinə nəqlində yaranmış problemlərlə bağlı Bolqarıstan və Slovakiyanın baş nazirləri Moskvaya yollanıblar. Onlar Rusiyanın baş naziri Vladimir Putinlə danışıqlar aparacaqlar. Polşanın baş naziri Donald Tusk isə bəyan edib ki, yanvarda Ukrayna ərazisindən keçən borularla normal həcmdə qaz ala bilmədiyi üçün Rusiyadan təzminat tələb etməyəcək. "Bizim çox ciddi problemlərimiz yoxdur. Bununla belə, qaz idxalı məsələsində Rusiyadan asılılığı azaltmağa çalışacağıq. Çox yəqin ki, Yaxın Şərq ölkələri ilə danışıqlar aparacaq, amma ondan əvvəl ölkədəki yeraltı qaz anbarlarındakı ehtiyatları artıracağıq, - Tusk bildirib. - Rusiya ilə Ukrayna arasındakı qaz mübahisəsinə qarışmaq niyyətində deyilik. Bizim üçün prioritet məsələ Rusiya-Ukrayna böhranı təki enerji qeyri-stabilliyi zamanı ölkənin enerji təhlükəsizliyini təmin etməkdir".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar