SON XƏBƏRLƏR

Hacı Əli Hüseynov: Rüstəmxanlının hay-küyündən qorxmuram

2021.10.20, 07:36
Hacı Əli Hüseynov: Rüstəmxanlının hay-küyündən qorxmuram

Gunaz.tv
Deputat barəsində ölüm fitvası verildiyini söyləyən Nardaran sakini: "Emosional vəziyyətdə deyilən sözü şişirtməyə ehtiyac yoxdur" "Əgər onlar bu məsələni şişirtsələr, bizim də deməyə sözümüz var". Bu sözləri APA-ya Nardaran sakini Hacı Əli Hüseynov deyib. Yanvarın 9-da Nardaranda keçirilən mitinqdə onun tərəfindən deyilən sözlərin şişirdildiyini iddia edən Hacı Əli Hüseynov bunu kiçik məsələ sayır: "Bu, kiçik məsələdir. Emosional vəziyyətdə deyilən sözü bunlar şişirdərək, əllərində bayraq ediblər", - deyən Nardaran sakini buna ehtiyac görmür. Onun sözlərinə görə, onsuz da Nardarana həmişə təzyiqlər olub. "2002-ci ildə Nardaran sakinləri güllələndi, bir nəfər də kənd sakini qətlə yetirildi". Hüseynov Rüstəmxanlının və onu dəstəkləyənlərin hay-küyündən qorxmadığını da deyib: "Söz deyilib, keçib gedib. Ortada konkret heç nə yoxdur. Onlar bunu məqsədli şəkildə şişirdirlər". Nardaran sakini bu məsələ ilə bağlı prokurorluğa çağırılmadığını da söyləyib. Bu aradasa VHP-nin Sabir Rüstəmxanlının ölümlə hədələnməsi ilə bağlı baş prokuror Zakir Qaralova ünvanladığı müraciət artıq Baş Prokurorluğa daxil olub. Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun sözlərinə görə, məlum məsələ ilə əlaqədar prokurorluq tərəfindən hələ bir neçə gün əvvəldən araşdırmalara başlanılıb. O, eyni zamanda bununla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işinin başlanıldığını və araşdırılması üçün aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərildiyini bildirib.express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar