SON XƏBƏRLƏR

RUSİYANIN ERMƏNİSTANA SİLAH ÖTÜRDÜYÜNÜ TƏSDİQ EDƏN POLKOVNİK CƏZALANDIRILACAQ

2021.10.20, 07:36
RUSİYANIN ERMƏNİSTANA SİLAH ÖTÜRDÜYÜNÜ TƏSDİQ EDƏN POLKOVNİK CƏZALANDIRILACAQ

Gunaz.tv
RUSİYANIN ERMƏNİSTANA SİLAH ÖTÜRDÜYÜNÜ TƏSDİQ EDƏN POLKOVNİK CƏZALANDIRILACAQ Rus hərbi bazasından Ermənistana 800 milyon dollar dəyərində silah ötürülməsi xəbəri və rusiyalı səfir Vasili İstratovun Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılması Türkiyə və Rusiya mediasında diqqətlə izlənir. Türkiyənin www.haberbu.com saytının ardınca TRT, “CİHAN” və “Anadolu” xəbər ağentlikləri də silah qalmaqalıyla bağlı geniş informasiya yayıb. Mövzuyla bağlı xəbərlər əsasən “Azərbaycandan silah sövdələşməsinə etiraz” və “Moskva-Bakı arasında silah gərginliyi” başlığıyla verilir. Türkiyənin populyar “Hürriyət” qəzeti təqdim etdiyi xəbərin ilk cümləsində “Bakı Rusiyanın Ermənistana silah verməsiylə bağlı xəbərlər üzərinə Moskvaya nota verdi” ifadəsini işlədib. Xəbərdə səfir İstratovun Azərbaycan XİN-ə çağrıldığı və Moskvanın yayılan xəbərlərə izahat verməsi tələbinin səsləndirildiyi yer alıb. Rusiyanın “Kommersant” qəzetinin 14 yanvar sayında “Rusiyanı silah paylamaqda şübhəli biliblər” bağlığı altında məqalə dərc olunub. Məqalədə Azərbaycanla Rusiya arasında böyük qalmaqalın yarandığı vurğulanaraq bu qalmaqala Azərbaycan KİV-inin rəvac verdiyi bildirilib. Məqalədə deyilir: “Silah qalmaqalı Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçilik təşəbbüslərini heçə endirə bilər. Artıq Azərbaycanda Rusiyanı Minsk qrupundan uzaqlaşdırmaq tələbləri səslənir. Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı təmsilçisi Rəbiyyət Aslanova rəsmi Bakının Rusiyanın Ermənistana silah ötürməsi məsələsini qurumun qış sessiyasında müzakirəsini tələb edəcəyini deyib. “Kommersant” qəzeti məsələylə bağlı Rusiya Müdafiə Nazirliyinə müraciət edib. Ordan qəzetə maraqlı açıqlama veriblər. Nazirliyin Mətbuat Xidməti və İnformasiya Departamenti rəhbərinin vəzifəsini müvəqqəti icra edən Aleksandr Drobışevski silahlarla bağlı ANS-ə müsahibə verən polkovnik Aleksanr Petruninin bir kimsəyə şərh vermək səlahiyyətində olmadığını vurğulayıb. Məhz mətbuat katibi Aleksandr Petrunin ANS-ə müsahibəsində Rusiyanın Ermənistana silah ötürməsi faktını təsdiq etmişdi. İndi isə onu səlahiyyətlərini aşmaqla günahlandırırlar. Drobışevskinin “Kommersant” qəzetinə verdiyi müsahibənin tonundan da görünür ki, Ermənistana silah ötürülməsi faktını gizlətməyə çalışan Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi açıq danışdığına görə Petrunini cəzalandıracaq. «Atlas» Araşdırmalar Mərkəzi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar