SON XƏBƏRLƏR

Israil Livanının cənubunu bombalayır

2021.10.20, 07:36
Israil Livanının cənubunu bombalayır

Gunaz.tv
Israil Livanının cənubunu bombalayır 2009-01-14_9441.jpg İsrail ordusu Livanın cənubunu bombalayır. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib. Livan ərazisindən bu gün səhər saatlarında Israilin Kerya Şamuna məntəqəsinə 3 ədəd raket atılmasına cavab olaraq, İsrail ordusu Livanın cənubunu raket atəşinə tutub. Livan hökuməti ölkənin cənubundan İsrail ərazisinin raket atəşinə tutulması xəbərini təsdiqləyib. --------------------------------------------------------------- Livan İsrailə raket atıb Raketlər açıq sahəyə düşdüyündən xəsarət alan və ya dağıntı yoxdur Bu gün səhər İsrailin şimal ərazisinə Livan ərazisindən ən azı 2 raket atılıb. Bu barədə "Haaretz" qəzeti yazıb. İsrail polisinin məlumatına görə, raketlər açıq sahəyə düşdüyündən xəsarət alan və ya dağıntı yoxdur. İsrail ordusu isə artilleriyadan cavab atəşi açıb. SAXAL (İsrail ordusu) rəsmisi bildirib ki, cavab atəşi raket atılan istiqamətdə açılıb. Qeyd edək ki, yanvarın 8-də də Livan ərazisindən İsrail ərazisinə raket atılmışdı. Nəticədə iki nəfər yüngül yaralanmışdı. Həmin vaxt “Hizbullah” lideri qruplaşmanın İsrailə raket hücumu etməsi barədə deyilənləri təkzib etmişdi. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar