SON XƏBƏRLƏR

Yanvarın 13-dən 14-nə keçən gecə Latviya paytaxtı Riqa kütləvi iğtişaşla sarsılıb

2021.10.20, 07:36
Yanvarın 13-dən 14-nə keçən gecə Latviya paytaxtı Riqa kütləvi iğtişaşla sarsılıb

Gunaz.tv
Yanvarın 13-dən 14-nə keçən gecə Latviya paytaxtı Riqa kütləvi iğtişaşla sarsılıb. 2009-01-14_9431.jpg Rusiyanın «Vesti.ru» saytı xəbər verir ki, Latviya parlamentinin (Seym) buraxılmasını tələb edən mitinqçilərlə polis arasında toqquşmalarda 28 nəfər yaralanıb, 126 şəxs saxlanıb. Seym binası qarşısında düzənlənən aksiyanın dinc məcradan çıxmasının səbəbləri açıqlanmasa da, parlamentin daş və butulka atəşinə tutulduğu, polisin də bundan sonra işə qarışdığı bildirilir. Parlament binasının və yaxınlıqdakı mağazaların, bankların şüşələri qırılıb. Yanvarın 13-ü axşam saatlarında başlayan mitinqin məramı Latviyada dərinləşən iqtisadi böhrana, vergilərin artırılamasına, işsizliyə etiraz olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar