SON XƏBƏRLƏR

İsrail “kommandos”u Qəzza şəhərinə girdi

2021.10.20, 07:36
İsrail “kommandos”u Qəzza şəhərinə girdi

Gunaz.tv
İsrail “kommandos”u Qəzza şəhərinə girdi israil-kommandosu.jpg Xüsusi təyinatlı qüvvələr və HƏMAS arasında intensiv atışmalar başlayıb İsrail xüsusi təyinatlı qüvvələrinin əsgərləri bu gün səhər Qəzza şəhərinə girərək HƏMAS təşkilatının üzvləri ilə döyüşə başlayıblar. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, İsrail ordusu şəhərin içinə doğru bir neçə yüz metr irəliləyə bilib. Hər tərəfdə intensiv atışma səsləri eşidilir. İsrail hökumətinin nümayəndələri bildiriblər ki, gün ərzində Qəzzadakı 100-dən çox obyekt, o cümlədən HƏMAS-ın Misirə keçmək üçün istifadə etdiyi 55 tunel atəşə tutulub. Fələstin tərəfi isə Qəzza sektorunda gün ərzində 40 nəfərin öldüyünü bildirir. Həkimlər atəşə məruz qalan bir çox rayonlara gedə bilməyiblər. Fələstin mənbələri qeyd edirlər ki, dekabrın 27-də başlayan əməliyyat zamanı 971 nəfər öldürülüb. Onlardan 311 nəfəri uşaq, 76 nəfəri qadındır. 4400 nəfər yaralanıb. İsrail tərəfi isə 13 nəfər itirdiyini bildirir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar