SON XƏBƏRLƏR

Gültəkin Hacıyeva: «Rusiya, işğalçı Ermənistana onun hərbi büdcəsindən iki dəfə artıq məbləğdə yardım göstərməklə əslində vasitəçi yox, münaqişə tərəfinə çevrilir»

2021.10.20, 07:36
Gültəkin Hacıyeva: «Rusiya, işğalçı Ermənistana onun hərbi büdcəsindən iki dəfə artıq məbləğdə yardım göstərməklə əslində vasitəçi yox, münaqişə tərəfinə çevrilir»

Gunaz.tv
«Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyi şübhəlidir» siyahi_ermenistan.jpg Gültəkin Hacıyeva: «Rusiya, işğalçı Ermənistana onun hərbi büdcəsindən iki dəfə artıq məbləğdə yardım göstərməklə əslində vasitəçi yox, münaqişə tərəfinə çevrilir» Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiyanın münaqişə tərəflərindən birinə silah-sursat bağışlaması onun tərəfsizliyini şübhə altına alır. Bunu ANS PRESS-ə açıqlamasında millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva deyib. Onun sözlərinə görə, bu fakt Rusiyanın ciddi bir tərəfdaş dövlət kimi beynəlxalq münasibətlərdəki imicinə böyük zərbədir: «Bu, ötən ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı «Moskva Bəyannaməsi»nin ruhuna və şərtlərinə xəyanətdir. Rusiya, işğalçı Ermənistana onun hərbi büdcəsindən iki dəfə artıq məbləğdə yardım göstərməklə əslində vasitəçi yox, münaqişə tərəfinə çevrilir. Bundan başqa, rəsmi Moskva Avropanı enerji asılılığına salmaqla və faktiki olaraq enerji şantajı həyata keçirməklə kifayət qədər təhlükəli addımlar atır». Millət vəkili hesab edir ki, üzə çıxmış faktdan sonra Azərbaycan-Rusiya münasibətlərinə yenidən nəzər salınmalıdır. Xatırladaq ki, rusiyanın Ermənistana 800 milyon dollarlıq müxtəlif çeşidli silahlar ötürdüyü məlumat olub. Məsələnin araşdırılması üçün Xarici İşlər Nazirliyi artıq Rusiyanın Azərbaycandakı səfirinə rəsmi sorğu göndərib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar