SON XƏBƏRLƏR

Fransada türklərə hücum edən 11 kürdə hökm oxundu

2021.10.20, 07:36
Fransada türklərə hücum edən 11 kürdə hökm oxundu

Gunaz.tv
Fransada türklərə hücum edən 11 kürdə hökm oxundu kurdler-fransada.jpg Marsel şəhərində 5 PKK terrorçusu həbs edilib Paris məhkəməsi Fransanın cənub-qərbində türk barlarına və mədəniyyət mərkəzlərinə hücum edən 11 kürdə hökm oxuyub. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, kürdlərə 3 aylıq şərti cəzadan tütmüş 5 ilə qədər həbs cəzası kəsilib. Məhkəmə bir nəfərə qiyabi hökm oxuyub. 2007-ci ilin aprelində Bordo şəhərində türk kafelərinə, barlarına və mədəniyyət mərkəzlərinə kütləvi hücum qeydə alınıb. Hücum edənlər türklərin obyektinə “Molotov kokteyli” atıblar. Hakimin sözünə görə, tutulanların bir neçəsi PKK üzvü olub. Qeyd edək ki, bu il yanvarın 12-də Marsel şəhərində keçirilən anti-terror əməliyyatı zamanı 5 kürd tutulub. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar