SON XƏBƏRLƏR

İranda “məxməri inqilab” törətmək niyyətində olan 4 nəfər həbs edilib

2021.10.20, 07:36
İranda “məxməri inqilab” törətmək niyyətində olan 4 nəfər həbs edilib

Gunaz.tv
İranda “məxməri inqilab” törətmək niyyətində olan 4 nəfər həbs edilib [ 13 Yanvar 2009 16:34 ] Tehran-APA. Tehranda hökumət əleyhinə qəsd hazırlayan dörd İran vətəndaşı həbs olunub. APA-nın məlumatına görə, rəsmi orqanlar qəsdin ABŞ tərəfindən hazırlandığını açıqlayıb. İran məhkəməsinin nümayəndəsi bildirib ki, saxlanan şəxslərə yaxın günlərdə hökm oxunacaq. Onlar ölkənin dini rəhbərliyini devirmək cəhdində ittiham olunurlar. Qeyd edək ki, rəsmi Tehran mütəmadi olaraq ABŞ-ın ölkədə “məxməri inqilab”həyata keçirmək cəhdlərində ittiham edir. Bundan əvvəl İran hakimiyyət orqanları “BBC” telekanalında çalışan Böyük Britaniya vətəndaşlarının casusuluqda ittiham olunaraq həbs edildiyini açıqlasalar da, sonradan bu məlumatı təkzib etmişdilər. Bir qədər əvvəl isə ölkədə Tehranın nüvə proqramı haqqında informasiya İsrail casusluq şəbəkəsi ifşa edilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar