SON XƏBƏRLƏR

Ukrayna Rusiya qazını qəbul edərək Avropaya ötürən qaz stansiyasını açmayıb

2021.10.20, 07:36
Ukrayna Rusiya qazını qəbul edərək Avropaya ötürən qaz stansiyasını açmayıb

Gunaz.tv
Ukrayna Rusiya qazını qəbul edərək Avropaya ötürən qaz stansiyasını açmayıb [ 13 Yanvar 2009 16:35 ] Kiyev – APA. Ukrayna Rusiya qazını qəbul edərək Avropaya ötürən “Suca” qaz stansiyasını açmayıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bunu “Naftoqaz Ukrainı” Milli Səhmdar Şirkətinə yaxın mənbə deyib. O bildirib ki, “Qazprom”un “Suca”ya verdiyi qaz Rusiya tərəfinin göstərdiyi istiqamət üzrə nəql olunmaq üçün yetərli deyil və hazırda Ukraynanın qaz nəqli sisteminə Rusiya qazı daxil olmur. “Naftoqaz” Rusiyadan bütün tranzit istiqamətləri üzrə qaz təminatını dərhal bərpa etməyə çağırıb. Avropa Komissiyası da Rusiya istiqamətindən Avropaya çox az miqdarda qazın gəldiyini açıqlayıb. Avropa Komissiyasının nümayəndəsi Pia Andrikiene Rusiya və Ukraynanı üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə səsləyib. Komissiyanın digər təmsilçisi Ferran Tarradellas isə avropalı müşahidəçilərin Kiyev və Moskvadakı qaz dispetçer mərkəzlərində hərtərəfli və azad şəkildə çalışa bilmədiklərini bəyan edib. O, hər iki ölkəni avropalı müşahidəçilərə tam azad iş şəraiti yaratmağa çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar