SON XƏBƏRLƏR

İRANDA İKİ NƏFƏR DAŞ-QALAQ OLUNDU

2021.10.20, 07:36
İRANDA İKİ NƏFƏR DAŞ-QALAQ OLUNDU

Gunaz.tv
İRANDA İKİ NƏFƏR DAŞ-QALAQ OLUNDU Üçüncü isə basdırıldığı çuxurdan salamat çıxa bildiyi üçün azad buraxıldı İranda zinada ittiham olunaraq daş-qalaq yolu ilə edam cəzasına məhkum edilən iki şəxs barədə hökm yerinə yetirilib. Üçüncü şəxs isə daş-qalaqdan salamat qurtara və çuxurdan çıxıb qaça bildiyi üçün azad buraxılıb. Bu barədə mətbuata İranın ədliyyə sözçüçü Əli Rza Cəmşidi məlumat verib. Onun sözlərinə görə, edam Məşhəd şəhərində həyata keçirilib. Ancaq Cəmşidi edam olunanların kimliyi barədə danışmayıb. Musavat.com-un Türkiyə mətbuatından əldə etdiyi xəbərə görə, İranda zinaya görə edam cəzası əsasən məhkumu daş-qalaq etməklə həyata keçirilir. Bu zaman kişiləri bellərinə, qadınları isə boyunlarına qədər torpağa basdırırlar və edam cəzasını reallaşdırmalı olan cəlladlar dəstəsi işə başlayır. İranın şəriət qanunlarına görə, daşlandığı vaxt basdırıldığı yerdən çıxıb qaça bilən məhkumlar sərbəst buraxılır. Xəbərdən görünür ki, bu dəfə üç məhkumdan yalnız biri çevik tərpənə bilib. musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar