SON XƏBƏRLƏR

TEHRAN PROKURORU QANUNU POZAN SAYTLARA QARŞI ÇOX SƏRT TƏDBİRLƏR GÖRÜLƏCƏYİNİ DEYİB

2021.10.20, 07:36
TEHRAN PROKURORU QANUNU POZAN SAYTLARA QARŞI ÇOX SƏRT TƏDBİRLƏR GÖRÜLƏCƏYİNİ DEYİB

Gunaz.tv
TEHRAN PROKURORU QANUNU POZAN SAYTLARA QARŞI ÇOX SƏRT TƏDBİRLƏR GÖRÜLƏCƏYİNİ DEYİB 2009-01-13 - 18:11:00 Səid Mürtəzəvi Tehran prokuroru Səid Mürtəzəvi yalan məlumat yayan və yaydığı materialları əxlaqsızlığa rəvac verən saytlara qarşı çox sərt təbdbirlər görüləcəyini, onları idarə edən şəxslərin ciddi cəzalandırılacağını bildirib. «Media forum» saytının məlumatına görə, S.Mürtəzəvi mediaya açıqlamasında deyib ki, bu işlə prokurorluğun internetdəki qanun pozuntuları üzrə şöbəsi məşğul olacaq. Tehran prokuroru İrana peyk vasitəsilə daxil olan xarici telekanalları təbliğ edənlərin də tutulacağını, belə adamlara 3 aydan 1 ilədək həbs cəzası düşdüyünü vurğulayıb. İran Məhkəmə Sistemi rəsmilərinin verdiyi rəsmi məlumata görə, son illərdə dövlət quruluşuna qarşı təbliğat aparmaqda və əxlaqa zidd material yaymaqda ittiham olunan 5 milyon sayt və bloqun fəaliyyətinə son qoyulub. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar