SON XƏBƏRLƏR

Böhran miqrantlara yaradı

2021.10.20, 07:36
Böhran miqrantlara yaradı

Gunaz.tv
Böhran miqrantlara yaradı Moskvadakı azərbaycanlılar rahat nəfəs ala bilər. Rusiya paytaxtında "palatka" və "budka" adlandırılan kiçik dükanların hamısının söküləcəyi, onların sahiblərinə və ya həmin obyektləri iuzunmüddətli icarəyə götürmüş şəxslərə isə təzminat ödənəndən sonra şəhər kənarında inşa edilən iri ticarət mərkəzlərində yer təklif ediləcəyi deyilirdi. Moskvada isə içik dükan sahibləri olan azərbaycanlıların sayı 15603 nəfərdir. Şəhər meriyasının pərakəndə ticarət və xidmət departamentinin sədri Vladimir Malışkov əməkdaşımızla söhbətində bildirdi ki, həmin azərbaycanlıların əksəriyyəti ticarət obyektlərini uzunmüddətli icarəyə götürmüş şəxslərdir. "Küçələrdən kiçik pərakəndə ticarət obyektlərinin yığışdırılması barədə illər əvvəl başlamış prosesi dayandırmışıq. Şəhər meriyası belə dükanların azaldılması barədə gəzən şayiələri birdəfəlik təkzib etmək fikrindədir. Deyə bilərəm ki, dükan sahibləri narahat olmaya bilər. Onların obyektlərinə toxunan olmayacaq", - V.Malışkov söylədi. Onun müavini Vitali Mixayliçenko isə söylədi ki, Moskva hökuməti dükanlara toxunmamaq qərarına gəlib. Şəhər meri Yuri Lujkov dükanların 2008-ci ildə təsdiqlənmiş plan üzrə yerləşdirilməsi barədə göstəriş imzalayıb: "Beləliklə, azərbaycanlılar narahat olmasınlar. Onların dükanları sökülməyəcək, sadəcə, plana uyğun şəkildə yerləşdiriləcək. Şəhərin hakimiyyət dairələri qlobal maliyyə böhranı şəraitində kiçik biznesi dəstəkləmək qərarına gəlib. Bundan başqa, istehlak bazarında moskvalılara göstərilən xidmətin həcmi də azaldılmayacaq". Moskvada dükan sahibi olan soydaşlarımız isə narahatdır. Onların dediklərinə görə, məmurlar ticarət obyektlərin sökülməyəcəyini desələr də, rahatlıq üçün əsas yoxdur. "Dünən mənə gəlib dedilər ki, "palatka"m sökülməyəcək, amma onu "normal qaydaya" salmaq üçün aparılacaq işlərə 5 min avro verməliyəm. Bunu məmurlar iş üçün istəyirlər. Tələb edilən "haqq"ın, yəni rüşvətin də məbləği bir o qədərdir", - Moskvanın "Biryulevo" səmtində kiçik dükanın sahibi Vüqar Qurbanov əməkdaşımıza söylədi. Ekspertlər də onun dedikləri ilə razıdır. Moskva Azad Ticarətçilər Assoasiyasının eksperti Aleksandr Semyonovun dediyinə görə, Yuri Lujkovun bu ilin yanvarın 1-də imzaladığı qərar məmurlara müəyyən hərəkət "azadlığı" üçün yer qoyub. "Kiosk və kiçik dükanlarının yerləşdirilməsi ilə bağlı işlərlə bağlı sənəddə deyilir ki, "həmin işlər bu və digər ərazidəki şəhərsalma vəziyyətindəki dəyişikliklərin nəzərə alınması şərti ilə" aparılacaq. Yəni şəhərin mərkəzinə yaxın, "Sadovoe Koltso" dairəsi həndəvərindəki ərazilərdə kiosk və dükan işlədən azərbaycanlıların istisnasız olaraq hamısı qarşısında "dəyişiklikləri nəzərə almaq" tələbi qoyulacaq. Bunun üçün nə qədər xərc tələb olunduğunu isə təxminləmək, hesablamaq çox çətindir", - A.Semyonov söylədi. O hesab edir ki, Moskva meriyasının dükanlarla mübarizəni hələlik dayandırmasının səbəbi ölkədə işsizliyin artması, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və yaranmış maliyyə-istehsalat problemləridir. 1998-2002-ci illərdə Moskvada 54 topdansatış bazarı bağlanıb, onların yerində 25 müasir ticarət mərkəzi inşa edilib. Bazarlardan sonra Moskva meriyası dükanlara hücuma keçmişdi. 2006-cı ilin ortalarından bəri, mer Yuri Lujkov belə kiosk və "budka"ları tədricən ləğv etmək niyyətində idi. Meriyanın istehlak bazarı və xidmət bazarı departamentinin rəhbəri Vladimir Malışkov da o vaxt deyirdi ki, kiçik ticarət obyektlərinin ləğv edilməsi ilə bağlı proqram hazırdır: "3 il ərzində şəhər belə obyektlərdən tam qurtlacaq. Yalnız qəzet, dondurma, gül satıldığı kiçik dükanlar, bir də arayış kioskları qalacaq". Moskvada sayı 21 minə çatmış stansionar və müvəqqəti ticarət kiosklarının sayını 2010-cu ilədək 20% faiz azaldılması nəzərdə tutulmuşdu. Moskvadakı ticarətçi soydaşlarımız hələ gözləyirlər. Onlar şəhər meriyasının qərarının icrasının hansı formada gedəcəyiə şübhə etməsələr də, qlobal maliyyə böhranının məmurların aqressivliyini bir qədər azaltmasından razı qalıblar. Həsən AĞACAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar