SON XƏBƏRLƏR

Güney Azərbaycan fəallarından İran rejiminə qarşı istifadə edən nazir müavini uğursuzluğa uğradı

2021.10.20, 07:36
Güney Azərbaycan fəallarından İran rejiminə qarşı istifadə edən nazir müavini uğursuzluğa uğradı

Gunaz.tv
Güney Azərbaycan fəallarından İran rejiminə qarşı istifadə edən nazir müavini uğursuzluğa uğradı Bütün dünyada olduğu kimi, bu gün Azərbaycanda da İsrailin Qəzzaya hücumu gündəmi zəbt etdiyindən bu ölkədə baş verən başqa bir maraqlı faqt diqqətdən kənarda qalıb. Söhbət İsrailin müdafiə nazirinin müavini Uri Lubraninin istefasından gedir. Ölkənin hakimiyyət elitasında köhnə nəsil siyasətçiləri təmsil edən Lubrani özündən sonrakı nəsildən fərqli olaraq, İran probleminin hərbi yolla həllinə qarşı çıxırdı. Müdafiə Nazirliyində o, həm də İranla iş üzrə hərbi kəşfiyyat idarəsinə rəhbərlik edirdi. Bütün dünyada öz sirrləriylə ad qazanmış İsrailin kəşfiyyat orqanı "Mossad" dəfələrlə Lubranidən müdafiə naziri Ehud Baraka və baş nazir Ehud Olmertə şikayət etmişdi. Səbəb Lubraninin İranla bağlı atdığı kəşfiyyat addımlarını "Mossad"la koordinasiya etməkdən imtina etməsiydi. Məsələnin Azərbaycan üçün aktual tərəfi ondan ibarətdir ki, Lubrani əsasən Güney Azərbaycanın milli fəalları və təşkilatlarıyla işləyir, onlardan İranın molla rejiminə qarşı istifadə etməyə çalışırdı. "Mossad" isə bunun əleyhinə idi və Lubranini diletantlıqda ittiham edirdi. Sonunda ikinci qalib gəldi. "Mossad" ortaya qoyduğu faktlarla sübut etdi ki, Lubraninin işlədi Güney Azərbaycanın milli fəalları və təşkilatlarının bir qismi əslində çoxdan İran kəşfiyyatı tərəfindən, yumşaq desək, neytrallaşdırılıb. Nəticədə Uri Lubrani isteva vermək məcburiyyətində qaldı. Bu barədə İsrail mətbuatı geniş yazılar dərc etsə də, Qəzza sektorunda baş verən hadisələrdən dolayı Azərbaycana birbaşa dəxli olan bu qalmaqal Bakı mətbuatının diqqətindən kənar qalıb (Həmid Herisçi və İlhamiyyə Rzayevanın "Bizim Yol"da dərc olunan "ŞƏRQDƏ NEFT VƏ QAN" adlı geniş araşdırma yazısı istisna olmaqla. Yazını bu linkdən oxuya bilərsiniz.) Olayı şərh etmək üçün ekspertlərə müraciət etdik. Sədrəddin Soltan: "Bunun arxasında Güneydəki hərəkata ləkə yaxmaq istəyi də dayana bilər" Güney Azərbaycan üzrə ekspert Sədrəddin Soltanın fikirincə kəşfiyyat məsələləri barədə dəqiq fikir yürütmək mümkün deyil. Onun sözlərinə görə, hər hansı məsələ barədə ən dəqiq məlumat prosesi həyata keçirən təşkilatların özündə olur: «İnformasiyalar isə müxtəlif formada sızır. Bir sıra hallarda bu sızmanı bilərəkdən hayata keçirirlər. Güney Azərbaycandakı milli hərəkat lidersiz, təşkilatsız bir hərəkatdır. Təbii ki, İranda müxətləif ölkələrin maraqları olduğundan bu hərəkatdan da öz məqsədləri üçün istifadə etməyə çalışanlar var. Sirr deyil ki, hər bir dövlətin ərazisində başqa bir dövlətin rezidenturası yerləşir. O cümlədən İranın özündə də İsrailin agentləri yox deyil. Ancaq onu da deməliyəm ki, bu tip informasiyaların arxasında Güneydəki hərəkata ləkə yaxmaq istəyi də dayana bilər. Müxtəlif adamları ləkələmək, hərəkatı gözdən salmaq üçün xarici kəşfiyyatla işbirliyi amili süni surətdə gündəmə buraxıla bilər. Əslində son 15 ildə İran hakimiyyətinin işi məhz bu yöndə qurulub. Adətən milli hərəkatın fəallarını həbs edəndə onları Azərbaycanın, Amerikanın, İsrailin casusu olmaqda ittiham edirlər. O da şübhə doğurmur ki, Tehran rejimi Güneylə bağlı yaradılmış bütün təşkilatlara daim öz adamlarını yerləşdirməyə cəhd edib. Amma İsrailin də hərəkatdan məqsədəlrəi üçün istifadə etmək iəstəyinin nə qədər doğru-olub olmadığına cavab verməkdə çətinlik çəkirəm. Bu suala ən doğru cavabı elə İsrail kəşfiyyatının rəhbər şəxsləri verə bilər». Ekspertin fikrincə, belə halın mümkünsüzlüyünü də inkar etmək olmaz: «Hər halda belə bir məlumat yayılıb. Bakıda İranın bir çox mərkəzləri var ki, elə bu işlə məşğuldurlar. Elə götürək İran Mədəniyyət Mərkəzini. Bakıda yerləşən bu mərkəz daim güneyli soydaşlarımızla, hətta iranmeylli insanlarla əlaqə qurmağa can atır. Son günlərin hadisələri də göstərdi ki, bir çox həmvətənimiz İranla eyni mövqedən çıxış edir. Təbrizdə jurnalist Şahnaz Qulamini həbs edirlər, ona işgəncə verirlər, yaxud Qulamrza Əmanini qardaşı ilə birgə müəmmalı şəkildə avtoqəzaya salırlar, amma Bakıda buna heç kim etiraz etmir. İsrailin Fələstində apardığı terrorçuluqla mübarizəyə görə isə Bakıda kimlərsə etiraz aksiyası keçirir və Sabir Rüstəmxanlıya ölüm hökmü çıxarırlar. Sabir Rüstəmxanlı da Güney Azərbaycan insanının milli haqqını tələb edən şəxsdir. Onun haqqında ölüm hökmü çıxaran adamların hansı qüvvəyə bağlı olduğu şübhəsiz ki, bəllidir. Hər halda güman edirəm ki, ölkənin Milli Təhlükəsizlik Nazirliyi bu məsələləri nəzarətdə saxlayır. Zaman-zaman bu tip faktlar olub. Hələ Əbülfəz Elçibəyin vaxtında Azərbaycanda İranın casus şəbəkəsini aşkarlamışdılar. Azərbaycana təşrif buyuran güneylilər də iki qismə bölünür. Onların bir qismi İran rejiminin təqib və təzyiqlərindən sonra Bakıya gəliblərsə, digər bir qismi biznes, təhsil və digər işlərə görə burdadırlar. Birinci qism şəxslərin içində belələrinin olması bir o qədər də inandırıcı görünmür. Amma rəsmi olaraq dövlət xətti ilə gələn şəxslərin arasında belələrinin olması mümkündür. Onların Bakıda «İranlı tacirlər birliyi», «İranlı tələbələr birliyi» adlı təşkilatları da var. Bu təşkilatlarda birləşmiş şəxslərin də əksəriyyəti azərbaycanlılardır. Onlar müxətəlif tədbirlərdə də fəal iştirak edirlər. Yəni demək istəyirəm, səsələndirilən ehtimallar həmişə var və dövlətin təhlükəsizliyinə cavabdeh olan MTN bu tip məsələləri aşkarlamalıdır». İlham İsmayıl: "Azərbaycana gələn güneyli soydaşlarımızın əksəriyyəti xüsusi xidmət orqanlarının nəzarətinə düşür və onlarla işləyirlər" MTN-in keçmiş zabiti İlham İsmayılın fikirincə, İsrail müdafiə naziri müavininin uğursuz kəşfiyyat işinə görə istefaya göndərilməsi tamamilə inandırıcıdır. İlham bəyin fikirincə kəşfiyyat sistemində belə iflaslar zaman-zaman baş verib: «Ümumiyyətlə, xüsusi xidmət orqanlarında bir neçə bayraq altında işləmək prinsipləri mövcuddur. Yəni agent bir neçə dövlətin agenti funksiyasını həyata keçirir. Belə şəxsləri bir dövlət qəsdən ikinci dövlətin agentləri sırasına qoşur ki, həmin dövlətin xüsusi xidmət orqanlarının hansı istiqamətdə fəaliyyət göstərməsindən xəbər tuta bilsin. Bunun rəsmi adı «əməliyyat oyunu»dur. Bu oyunda agentin bacarığını müəyyənləşdirib, ona uyğun istiqamət cızırlar. Heç kimə sirr deyil ki, ETTELAAT güclü kəşfiyyat və əks-kəşfiyyat strukturlarına malikdir. Bu təşkilatın fəaliyyəti Azərbaycanda və İranla qonşu olan digər ölkələrdə daha qabarıq nəzərə çarpır. Ona görə də Azərbaycana gələn güneyli azərbaycanlıların bir çoxunun İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiklərinə əmin ola bilərsiniz. ETTELAAT İsrailin xüsusi xidmət orqanlarının da məhz bu istiqamətdə fəaliyyət göstərdiyini yaxşı bildiyindən ola bilsin ki, bəzi agentlərini xüsusi olaraq onların müxtəlif təşkilatlarına yeridiblər. Nəzərinizə çatdırım ki, təxminən iki ay əvvəl İrana keçən Azərbaycan vətəndaşlarını saxlayaraq, onları İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham etmişdilər. Bu informasiyanı İran tərəfinə kim verə bilərdi? Təbii ki, informasiyanı İranın agentura şəbəkəsi İsrail təşkilatlarında olan əməkdaşı vasitəsilə əldə etmişdi. Ona görə də Uri Lubraninin fəaliyyətinin məhz bu tip məsələlərə görə iflasa uğradığı versiyası tamamilə inandırıcıdır. Sovetlər dönəmindən bir fakt xatırlatmaq istəyirəm. Yenidənqurma dövründə KQB-nin Kalugin adlı məşhur bir əməkdaşı Amerikada rezident kimi fəaliyyət göstərirdi. Mərkəzi Kəşfiyyat İdarəsi rus milliyətindən olan bir alimdən istifadə edərək onun fəaliyyətini iflasa uğratdı. Həmin alim raket yanacağının yeni sxemlərini Kaluginə təqdim etdi və o da bunu önəmli bir iş kimi SSRİ-yə ötürdü. Sonradan məlum oldu ki, onun ötürdüyü bu informasiya əslində dezinformasiyadır. Sovet İttifaqı bu məsələyə görə 30-40 milyon dollardan artıq vəsait xərcləmişdi. Buna iqtisadi diversiya da deyirlər. Bu iflasdan sonra Kalugini işdən çıxartdılar və o vaxtkı Leninqradda hansısa idarəyə rəis müavini təyin etdilər. Uğursuz kəşfiyyat və əks kəşfiyyat işləri ən yüksək vəzifəli zabitləri işindən uzaqlaşıdırılmasına gətirib çıxarıb». İlham İsmayılın fikrincə, güneyli soydaşlarımızın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməsi müəyyən mənada Güneydəki milli hərəkata öz mənfi təsirini göstərir: «Bilirsiz, Amerika da, İsrail də İranın zəifləməsində maraqlıdır. Onlar əsas fəaliyyətlərini də məhz bu istiqamətdə qurublar. BMT-də Güney məsələsinin müzakirə olunması da güneyli soydaşlarımızın yox, bu dövlətlərin xidmətidir. Etiraf etmək lazımdır ki, Azərbaycana gələn hər bir güneyliyə potensial agent kimi baxırlar. Çünki İranda vətəndaşları total şəkildə xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etmək prinsipləri var. Azərbaycana gələn güneyli soydaşlarımızın əksəriyyəti xüsusi xidmət orqanlarının nəzarətinə düşür və onlarla işləyirlər. Hətta İran rejiminin Güney Azərbaycanda soydaşlarımıza qarşı yürütdüyü siyasəti daim tənqid edənlərin arasında da xüsusi xidmət orqanları ilə əməkdaşlıq edənlər yox deyil. Amma onu da vurğulamaq lazımdır ki, belə orqanlara işlməyən soydaşlarımız da var və onların apardığı mübarizəyə kölgə salmaq olmaz».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar