SON XƏBƏRLƏR

20 Yanvar, Azərbaycanın yenidən doğuşu təkrar olacaq (Milli Party TƏRƏFİNDƏN)

2021.10.20, 07:36
20 Yanvar, Azərbaycanın yenidən doğuşu təkrar olacaq (Milli Party TƏRƏFİNDƏN)

Gunaz.tv
Gecə çaği, aydın və oyağ bir milləti susdurmağ üçün, sudan və torpağdan, RUS quduzlari, tanklarla yola çıxdılar. Bu tankların görəvi, İSTİQLAL istəyən bir milləti məhv etmək və başqa millətlərə güc numaiyşidi. “RUS İmperiası”nı dağıtan, “Soyuq Savaş”a son qoyan hadisə “Türk Dünyası”na zəfər və tarixə yeni bir yarpağ artıran “Qanlı Yanvar”, Azərbaycanın Baki şəhrində baş verib. 100 minlərcə vətənpərəst insan xiavanlara çıxıb “İSTİQLAL” bağırıb, 100-dən çox insanımız RUS tanklari altında əzilib, 1000-lərcə insanımız quduz RUS gülləsilə yaralanıb, gecə qana boyanıb, ama, Azərbaycan səsi kəsilməiyb. Bu səs yüksəlib, haraya çevrilib, başqa millətlərə örnək olub və dünyanın ən qorxunc devlətlərindən olan Sovet Emperiasına yetər artıq deiyb. Gecə, Bakı-da ölüm marşi çalan RUS quduzlari, səhər, yerlərin əsgərlərə verib bir kənarda dayandılar. RUS tankları ortalığdan çıxarıldılar, RUS gəmiləri Bakı-dan üzağlaşdılar, ancaq buraxdıqları iz silinmədi, vurduqları zərbə unutulmadı və yaraladıqlari örəklər susmadı. Bunlar, bu yaralar hamısı, yeni bir zəfər savaşının başlanmasına nədən olub, Türk insanının istiqlaliyət yolunda canından geçdiginin simgəsi oldular. Bu qanlar, Türk insanının qanı, bir çoxlu millətə özgürlük gətirdi. RUS quduzları, RUS nökərləri, illər boyu RUS qulluğunda olub öz millətinə güllə atanlar bu, olaylarda, genə millətimizin önündə dayandılar. Bu satqınların xiyanəti unutulmaiyb, millətimiz and içibdir ki, bu xaiynlərin cəzasını verəcəklər. Hakim olsalarda, dost kimi davransalarda, millətimizə xiyanət etdiklərına görə, bir gün yarqılanacaqlar. 20 Yanvar qanli olsada, bizə özgürlük armağan edib. Qanlı Yanvar, Güneydə yaşayan soydaşlarımıza, başqa əzilmiş millətlərə ümid qaynaği olub. 20 Yanvar deiyr ki, FARS devləti və ona qulluğ edən satqınların gücü, RUS devlətindən artıq dəyildir, tutuşdurula bilməz bilə. Azərbaycan milləti, bir daha millətərə numunə olaraq, bölgəyə özgürlük, insanlıq və demokrasi gətirməlidir. 20 Yanvarın ildönümüdür. Azərbaycanın Quzeiyndə, istiqlaliyətə zərbə vuran hakimiyət iş başındadır. Ha “RUS”, ha “Əliev”lər və ha “Başqa”sı milli maraxlarımıza toxunsalar, bir-birindən o qədərdə fərqli deiyldirlər. Bunlarla savaşmağ və milli maraxlarımızı qorumağ üçün hamımız əl-ələ, çigin-çiginə və bir yöndə ilərləməliyik. Son zamanlarda Quzey Azərbaycandaki muxalifət birləşməgə doğru adımlayır və diktatoranı çökməgə özən göstərir. Madəm ki bu qalxış və birləşmək milli maraxlarımızı qorumağ uğrunda olacaqdır, Milli Party virtual olaraq qurulacaq olan “MÜXALİFƏTİN BÖYÜK BİRLİYİ”nə qatılır və öz növbəsində ona dəstək verir. RUS sömürgəçiliginə son qoyan Azərbaycan xalqı, yəqin ki İran adlanan ölkədəki Fars quldurları və Quzeydəki özbaşına hakimiyətin sonuna baxmağa qadirdir. Millətimiz bunu başaracaqdır, çünkü buna laiyqdir. Milli Party 05/01/2009 Təbriz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar