SON XƏBƏRLƏR

Qarabağda yeni erməni kilsələri tikilir

2021.10.20, 07:36
Qarabağda yeni erməni kilsələri tikilir

Gunaz.tv
Qarabağda yeni erməni kilsələri tikilir Ermənistan höküməti bununla Qarabağda yaşayan ermənilərin könlünü almağa çalışır Son günlər Ermənistanda Yeravan və Qarabağ erməniləri arasında başlayan çəkişmələr daha da genişlənib. Əldə olunan son məlumata görə, Qarabağ ermənilərinin etirazından sonra Ermənistan dövləti ilk addımları atıb. Bunlardan biri işğal altında olan yaşayış məntəqələrindən qarət olunanların, xüsusilə tikinti materiallarının Yeravana daşınması dayandırılıb. Eyni zamanda Ermənistan tərəfi həmin materiallarla Azərbaycanın işğal altında olan rayonlarında yeni kilsələr tikdirməyə başlayıb. Onlar bu kimi tikintilərlə Qarabağ ermənilərinin könlünü almağa çaışırlar. Ermənistan dövləti Qarabağ ərazisində hərbi xidmət edən Yeravan və Qarabağ erməni hərbçiləri arasındakı ziddiyəti də aradan qaldıra bilmir. Hər iki tərəfinin barışığını əldə etmək üçün dövlət kilsə xadimlərinin gücündən də istifadə etməyə çalışdıqları gələn xəbərlər arasındadır. Xatırladaq ki, Qarabağ münaqişəsi başalayandan Ermənistan silahlı qüvvələrində xidmət edən yerli Qarabağ ermənilərinin son günlər ordunu tərk etdikləri xəbərini vermişdik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar