SON XƏBƏRLƏR

Israil ordusu İordaniya ərazisindən atəşə tutulub

2021.10.20, 07:36
Israil ordusu İordaniya ərazisindən atəşə tutulub

Gunaz.tv
Israil ordusu İordaniya ərazisindən atəşə tutulub Israil ordusu İordaniya ərazisindən krallıqla sərhəddə atəşə məruz qalıb. Israil ordusu nümayəndəsinin məlumatına görə, heç kəs xəsarət almayıb. “Qoşunlar iordaniya tərəfindən sərhəddə atəşə tutulub. Atəş açanın kimliyi məlum deyil”- o, deyib. --------------------------------------------------------------- UNİCEF: Qəzza zolağında 275-i uşaq olan 912 nəfər ölüb qezza080109.jpg Bakı. Viktoriya Dementyeva – APA. İsrailin Fələstin Muxtariyyətinin Qəzza zolağında ötən il dekabrın 27-dən bəri keçirdiyi hərbi əməliyyatlar nəticəsində 275-i uşaq olan 912 nəfər ölüb. APA-nın məlumatına görə, bu rəqəmi BMT-nin Uşaq Fondu UNİCEF İsrail Xarici İşlər Nazirliyi və Fələstin Səhiyyə Nazirliyinə istinadən açıqlayıb. Əməliyyatlar nəticəsində 3740 nəfər yaralanıb ki, onlardan 1362-si uşaq, 528-i qadındır. İsrailin raket atəşinə tutulması nəticəsində isə 4 nəfər öldürülüb, 250 nəfər yaralanıb. BMT-nin fövqəladə yardımlar üzrə əlaqələndiricisi Con Holms Qəzzada ölənlərin və daxili köçkünlərin sayının çoxluğundan narahat olduqlarını bildirib. O, köçkünlərin yerləşdirilməsi üçün BMT-nin məktəbləri və digər məkanlarından istifadə etdiklərini və 31 bu cür sığınacaq yaratdıqlarını deyib. Bu sığınacaqlarda 30 minə yaxın adam qalır. BMT onları qida, su və geyimlə təmin edir. Hazırda Qəzzada təxminən 500 min nəfər qida, tibb ləvazimatları və içməli suya ehtiyac duyur. C. Holms İsraildən təhlükəsizlik təminatı aldıqdan sonra BMT-nin Qəzzada fəaliyyətini bərpa etdiyini də əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar