SON XƏBƏRLƏR

Türkiyə Fələstin-Misir sərhədinə nəzarət edəcək . Sərhədlərini qoruya bilməyən ərəblər onu türklərə həvalə edirlər

2021.10.20, 07:36
Türkiyə Fələstin-Misir sərhədinə nəzarət edəcək . Sərhədlərini qoruya bilməyən ərəblər onu türklərə həvalə edirlər

Gunaz.tv
Türkiyə Fələstin-Misir sərhədinə nəzarət edəcək Sərhədlərini qoruya bilməyən ərəblər onu türklərə həvalə edirlər felestin-israil-serheddi.jpg Fələstindəki HƏMAS təşkilatının rəhbərliyi Qəzza sektoru və Misir arasındakı sərhədə Türkiyə sərhədçilərinin nəzarət etməsinə razılıq verib. Lent.az-ın “NEWSru.co.il” saytına istinadən verdiyi məlumata görə, bu barədə Londonda dərc olunan “əl-Həyat” ərəb qəzetində məlumat dərc edilib. Hələlik rəsmi mənbələr məlumatı şərh etmirlər. Qəzza və Misir arasındakı 14 kilometrlik sərhəd zolağını “Filadelfiya dəhlizi” adlandırırlar. Hazırda həmin zolağa misirli sərhədçilər nəzarət edirlər. Amma onlar sərhəd zolağının fələstinlilər tərəfindən yarılmasına və qaçaqmalçılığa mane olmaq iqtidarında deyillər. Misir sərhədçiləri həm də korrupsiyaya bulaşıblar. HƏMAS-ın Misir rəhbərliyi ilə münasibətləri pozulandan sonra Türkiyə bölgədə aparıcı rol oynamağa başlayıb. Rəsmi Ankara İsrailin Qəzza sektorunda apardığı hərbi əməliyyatı da pisləyib. Bundan sonra İsrail hökumətindəki mənbə yəhudi dövlətinin Türkiyəyə inamı itirdiyini bildirib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar