SON XƏBƏRLƏR

QIRĞIZISTAN ABŞ BAZALARINI ÖLKƏDƏN ÇIXARIR . Bişkek Rusiyanın təsiri altına düşüb

2021.10.20, 07:36
QIRĞIZISTAN ABŞ BAZALARINI ÖLKƏDƏN ÇIXARIR . Bişkek Rusiyanın təsiri altına düşüb

Gunaz.tv
QIRĞIZISTAN ABŞ BAZALARINI ÖLKƏDƏN ÇIXARIR Bişkek Rusiyanın təsiri altına düşüb 5611.jpg Qırğızıstan rəhbərliyi ölkədə ABŞ hərbi bazalarının yerləşdirilməsinə dair sazişdən imtina etməyə hazırlaşır. APA-nın məlumatına görə, bu barədə “Vremya novostey” saytına Bişkekdəki etibarlı mənbələr məlumat verib. Rəsmi Bişkek hələlik bu məsələyə münasibət bildirməyib. Məlumatda Kurmanbek Bakiyevin müvafiq sərəncamı Moskvaya səfərdən əvvəl imzalamaq niyyətin olduğu bildirilir. Qırğızıstan tərəfi bazaları ölkədən çıxarmaq üçün ABŞ-a yarım il vaxt verəcək. Qeyd edək ki, Bakiyevin Moskvaya səfəri zamanı ölkəyə 2 milyard dollar dəyərində maliyyə yardımının ayrılması barədə saziş imzalanacaq. Rusiya Qırğızıstana maliyyə yardımı göstərməyə hazır olduğunu dekabrın ortalarında bəyan edib. Yardımın 300 milyon dolları nağd pul, 1,7 milyard dolları isə sərmayə şəklində olacaq. Rusiyadan alınacaq pullar Kambaratin Su-Elektrik Stansiyasının tikintisinə sərf olunacaq. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar