SON XƏBƏRLƏR

Əliyev-Sərkisyan görüşü

2021.10.20, 07:36
Əliyev-Sərkisyan görüşü

Gunaz.tv
Əliyev-Sərkisyan görüşü Davosda baş tuta bilər Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan növbəti görüşü Davosda keçirilə bilər. ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov APA-ya eksklüziv açıqlamasında bildirib ki, yaxın vaxtlarda regiona nəzərdə tutulan səfərləri zamanı tərəflərlə belə bir görüşün keçirilməsi imkanlarını müzakirə edəcəklər. "Görüş keçirmək üçün digər variantlar təklif olunacaqmı" sualını cavablandıran həmsədr vasitəçilərin hələ heç nəyi konkretləşdirmədiklərini söyləyib. Vasitəçilərin son bəyanatlarında tərəfləri yaxın aylarda nizamlanmanın əsas prinsiplərini razılaşdırmağa çağırışının nəticə verib-verməməsi ilə bağlı sualı cavablandıran rusiyalı diplomat təəssüflə hələlik bir yeniliyin olmadığını deyib. Dekabrın əvvəlində Helsinkidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla keçirdikləri görüşdən xeyli vaxt ötdüyünü xatırladan vasitəçi növbəti addımları yaxın vaxtlarda müəyyənləşdirməyin vacibliyini vurğulayıb. Həmsədrlərin yaxın vaxtlarda regiona nəzərdə tutulan səfərlərinə gəldikdə, Y. Merzlyakov bildirib ki, səfərin dəqiq tarixi hələlik müəyyənləşməyib: "Həmsədrlərin regiona tam tərkibdə gəlib-gəlməyəcəyi də tarix dəqiqləşdirildikdən sonra məlum olacaq". Qeyd edək ki, Davos Ymumdünya İqtisadi forumu yanvarın 29-dan fevralın 1-dək İsveçrənin Davos şəhərində keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar