SON XƏBƏRLƏR

Ankaradakı erməni məzarlığının yaxınlığında cəbbəxana tapılıb

2021.10.20, 07:36
Ankaradakı erməni məzarlığının yaxınlığında cəbbəxana tapılıb

Gunaz.tv
Ankaradakı erməni məzarlığının yaxınlığında cəbbəxana tapılıb ankaradasilah.jpg Türkiyədə “Ergenekon” istintaqı çərçivəsində bu axşam polisə təslim olan polkovnik-leytnant Mustafa Dönmezin evindən tapılan məlumat istiqamətində polis əməkdaşları bir evin həyətində qazıntıya başlayıb. Terrorla mübarizə şöbəsinin əməkdaşları paytaxtın Sincan rayonundakı köhnə erməni qəbristanlığının yaxınləığında qazıntı apararaq xeyli silah- sursat aşkarlayıblar. Polislərin apardığı qazıntılar zamanı 30 ədəd əl qumbarası, 9 ədəd duman qumbarası, 10 ədəd fişəng, 800-dən çox G-3 avtomat silahının patronu və 10 kq. partlayıcı maddə tapılıb. Hazırda hadisə yerində qazıntılar davam edir. /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar