SON XƏBƏRLƏR

MTN polis zabitinin rəhbərlik etdiyi cinayətkar qrupu zərərsizləşdirib

2021.10.20, 07:36
MTN polis zabitinin rəhbərlik etdiyi cinayətkar qrupu zərərsizləşdirib

Gunaz.tv
MTN polis zabitinin rəhbərlik etdiyi cinayətkar qrupu zərərsizləşdirib heroin-cox-sayda.jpg Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Gəncə şəhərində keçirdiyi əməliyyat nəticəsində narkotik vasitə olan 16 kiloqram heroin tutulub. Hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumata görə, külli miqdarda narkotik vasitənin dövriyyəsi ilə məşğul olan qrupa Gəncə şəhər Nizami rayon Polis Şöbəsinin növbətçi hissəsinin əməkdaşı, Elsevər Nəbiyev rəhbərlik edib. Məlumatda əməliyyat nəticəsində bir neçə nəfərin həb edildiyi, E. Nəbiyevin isə qaçmağa nail olduğu bildirilir. Hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirləri aparılır. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya məlumatı təsdiqləyərək bildiriblər ki, faktla bağlı toplanmış materiallar aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə göndərilib. DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə APA-ya bu barədə məlumatlarının olmadığını deyib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar