İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Bayıl həbsxanasında hansı edam növlərindən istifadə olunub? Bu günlərdə Səudiyyə Ərəbistanında zorlamada təqsirləndirilən bir nəfər başı kəsilməklə edam olundu. Səudiyyə Ərəbistanı, Əfqanıstan və s. ölkələrdə bu cür edamlar təəccüblə qarşılanmır, əksinə, insanların alışdığı tamaşaya çevrilib. Bununla belə, dünya ictimaiyyəti ölüm hökmünə, dəhşətli edam növlərinə qarşı çıxır və artıq Azərbaycan da daxil olmaqla, bir sıra ölkələr ölüm hökmünü ləğv ediblər.
Başda ABŞ olmaqla, hələ də dünyanın bir çox ölkələrində, o cümlədən Rusiya, Çin, İran da daxil olmaqla əksər müsəlman dövlətlərində ölüm cəzası qüvvədə qalmaqdadır. Lent.az-ın məlumatına görə, hər il Çində 1000-dən artıq, İranda isə 1000-dək məhkum işlətdikləri cinayətlərə görə edam olunur.
Azərbaycan ölüm hökmünü 1998-ci il fevralın 10-da ləğv edib. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərə həyatları bağışlanıb. Buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib. Sabiq müdafiə naziri Rəhim Qazıyev, baş naziri Surət Hüseynov, sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölməsinin komandiri Elçin Əmiraslanov, özünü qondarma “Talış-Muğan Respublikası”nın rəhbəri elan etmiş Ələkrəm Hümbətov barəsində məhkəmənin qərarı ilə ölüm hökmü çıxarılsa da, sonradan onların cəzaları dəyişdirilib.
Azərbaycanda ölüm hökmü Bayıl həbsxanasında, indi “ölüm kamerası” adlanan otaqda yerinə yetirilib. Cəza yalnız bir üsulla – güllələnmə ilə icra olunub. Vaxtı ilə həbsxanada çalışmış insanların sözlərinə görə, ölüm cəzası almış məhkumlar “ölüm kamerası”na gözübağlı gətirilirmiş. Burada məhkumun əziyyətsiz ölməsi üçün ürəyinə bir atəş açılırmış.
Bayıl həbsxanasında çalışan şəxslərin dediklərinə görə, uzun illər burada erməni millətindən olan şəxslər cəlladlıq edib. Erməni cəlladlar məhkumları xüsusi amansızlıq və əzabla öldürürmüşlər. Məlumatlı mənbələrdən Lent.az-a bəlli olub ki, ötən əsrin 30-50-ci illərində Bayıl həbsxanasında başqa bir edam növü – suda boğma da tətbiq edilib. Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. Müsəlman ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir. Səudiyyə Ərəbistanında dini inanclara qarşı çıxan, allaha şəkk gətirən, narkotik maddə satan, Çində adam oğurluğu ilə məşğul olanlar, adam öldürənlər və b. ölümə məhkum olunurlar.
Kommunist Çin dövlətində ölümə məhkum olunanlar arasında çoxluğu uyğur türkləri tutur. Beynəlxalq təşkilatların məlumatlarına görə, müxtəlif ittihamlarla öldürülən uyğurların sayı yüzlərlədir. Urumçidəki Liudavan həbsxanasında hər ay 30-dək insan işgəncəylə ölümə məhkum edilir. Dünyanın müxtəlif ölkələrində insan haqlarının pozulmasına “qarşı çıxan” ABŞ-ın həbsxanalarında bu gün ölüm hökmünün icrasını gözləyən 973 məhkumun olduğu bildirilir. Bunların böyük əksəriyyəti Afrika və Latın Amerikası əsilli şəxslərdir. Zaman-zaman dünyanın müxtəlif ölkələrində ac və susuz saxlamaqla öldürmə (Yaponiya), gilyotin maşınında başın kəsilməsi, şaqqalama, doğrama, qaz kameralarında boğma və yandırma (Almaniya, İngiltərə) və s. edam növləri mövcud olub. Lent.az-ın araşdırmalarına görə, hazırda dünya ölkələrində aşağıdakı edam cəzaları həyata keçirilir: Asaraq öldürmə: Bu cəza əsasən Misir, İran, İraq, Yaponiya, İordaniya, Pakistan, Sinqapur, Əfqanıstan, Yəmən və digər ölkələrdə həyata keçirilir. Məhkumlar ictimaiyyətin gözləri önündə qurulmuş dar ağaclarından, xüsusi edam stendlərindən və ya kran maşınlarından asılmaqla edam olunurlar. Asılma cəzasını ən çox nümayiş etdirən ölkə İrandır. Bəzən bu ölkədə insanların gözü önündə bir neçə nəfər şəxs eyni vaxtda asılmaqla öldürülür. İraqın keçmiş prezidenti Səddam Hüseyn və onun qardaşının asılaraq öldürülməsi isə video kadrlarla yayımlanmışdı. Asılmağa aparılan insanlar əvvəlcə ayaqyoluna aparılır, daha sonra isə gözləri bağlanılır (və ya başına qara torba keçirilir). Məhkumun başına qara torbanı ona görə keçirirlər ki, edam zamanı təzyiq nəticəsində yerindən çıxan göz gilələri görünməsin. Asma edamlarını həyata keçirən cəlladlar xüsusi “riyazi biliklərə” malik olurlar. Edam zamanı məhkumun boğazına keçirilən kəndirin uzunluğunun asılan bədənin çəkisinə nisbəti mütləq nəzərə alınmalıdır. Əks halda, məhkumun başı, Səddam Hüseynin qardaşında olduğu kimi, bədəndən qopa bilər. Güllələmə: Bu ölüm cəzası bir sıra Afrika ölkələri, həmçinin Rusiya, Şimali Koreya, Vyetnam, Suriya, Cənubi-Şərqi Asiya ölkələrində tətbiq edilir. Güllələnməyə gətirilən məhkumun gözləri bağlanılır, bir və ya bir neçə şəxs tərəfindən onun bədəninin müxtəlif hissələrinə atəş açılmaqla qətl icra olunur. Bəzi ölkələrdə hərbi cinayətlər törədən, fərarilik edən hərbçilər əsgərlərin gözü önündə güllələnirlər. Uzun müddət Rumıniyaya rəhbərlik etmiş kommunist Nikolaye Çauşesku 1989-cu il dekabrın 25-də güllələnərək edam olunub. Güllələmə edamı adətən səhərə yaxın, günəş doğandan 30 dəqiqə və ya 1 saat sonra icra olunur. Boğma: Bir sıra xalqlar ölüm cəzasının insan qanı tökmədən icra edirlər. Belə olan halda cəza məhkumun boğulması ilə icra olunur. Fiziki cəhətdən sağlam və güclü cəllad məhkumun boynunu qolları arasında sıxmaqla onu boğur. Tapdalama: Bu ölüm cəzası əsasən Hindistanın bir sıra ştatlarında və bəzi Afrika ölkələrində icra olunur. Məhkumlar fillərin ayaqları altına atılmaqla öldürülür. Elektriklə öldürmə: Əsasən ABŞ və bəzi Latın Amerikası ölkələrində bu cəza icra olunur. Məhkum xüsusi hazırlanmış elektrik stuluna oturdulur. Onun əllərinə, ayaqlarına və başına nəm əski qoyulur və üzəri mis qapaqla bağlanır. Bu zaman da məhkumun gözlərini bağlayırlar. Yüksək gərginlikli elektrik cərəyanının buraxılması nəticəsində məhkum bir neçə saniyə ərzində dünyasını dəyişir. Baş kəsilməsi: Bu cəza növü əsasən Səudiyyə Ərəbistanında qüvvədədir. Səudiyyə Ərəbistanında baş kəsmə üzrə ixtisaslaşmış cəlladlar və dövlətin nəzdində cəllad hazırlayan xüsusi məktəblər mövcuddur. Bu ölkədə məhkumların başı adətən qılıncla kəsilir. Ölüm cəzası almış məhkumun əlləri və ayaqları arxadan bağlanır. Sifəti maskalı cəllad diz üstə oturdulan məhkumun boynunu bir qılınc zərbəsi ilə üzməlidir. Edam cəzası insanların gözü qarşısında icra olunur və bu zaman seyrçilər cəllad üçün pul toplayırlar. Baş kəsmə edamı 10 sentyabr 1977-ci ilədək Fransada gilyotin maşını ilə həyata keçirilib. Fransada 792-ci ildən tətbiq olunan gilyotin maşınında başı kəsilməklə edam olunan sonuncu məhkum Hamida Candoubi olub. İnyeksiya: Zəhərli iynə vurmaqla icra edilən bu ölüm növü ABŞ, Qvatemala, Tailand və s. ölkələrdə yerinə yetirilir. Məhkum xüsusi kresloya bağlanır. Kreslonun alt hissəsində yerləşən bir neçə iynə avtomatik sistemlə məhkumun onurğa beyninə yeridilir və iflic olan məhkum bir dəqiqə ərzində ölür. Daşqalaq: Bu cəza növü İran və Əfqanıstanda yerinə yetirilir. Əsasən zina işlətmiş insanlar, əxlaqsız qadınlar, dinə şəkk gətirənlər məhkəmənin qərarı ilə insanlar tərəfindən daşqalaq olunmaqla öldürülür. Bu, hazırda dünyada ən ağır və əziyyətli ölüm sayılır. Cənub-Şərqi Asiya ölkələrində məhkumların ilan və zəhərli əqrəb dolu otaqlara salınaraq, bəzi xalqlarda isə çarmıxa çəkilməklə öldürülməsi növləri də mövcuddur. Öləndə də adam kimi ölək... Rəşad Süleymanov LENT.AZ
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda