SON XƏBƏRLƏR

İsrail Qəzzadakı hərbi əməliyyatlarda qadağan olunmuş güllələrdən istifadə edib

2021.10.20, 07:36
İsrail Qəzzadakı hərbi əməliyyatlarda qadağan olunmuş güllələrdən istifadə edib

Gunaz.tv
İsrail Qəzzadakı hərbi əməliyyatlarda qadağan olunmuş güllələrdən istifadə edib qezza_isr_esger_07_01_09.jpg Bunu yaralıların üzərində sıx inersiyalı metalların izini aşkarlayan norveçli həkimlər iddia edir İsrailin Qəzzadakı hərbi əməliyyatları zamanı qadağan olunmuş son nəsil partlayıcı güllələrdən istifadə edib. Bu iddia ilə Qəzza xəstəxanalarında 10 gün keçirən Norveç həkimləri çıxış ediblər. Rəsmi İsrail isə hələlik bu iddialara münasibət bildirməyib. Xatırladaq ki, bundan əvvəl İsrail rəhbərliyi Qəzza sektorunda qadağan olunmuş ağ fosforun istifadə edildiyi barədə məlumatları təkzib etmişdi. Norveç həkimlərinin sözlərinə görə, yaralıların üzərində müayinələrdən sonra sıx inersiyalı metalların izi aşkar edilib. Buna əsaslanan tibb işçiləri Qəzza sektorunda ən yeni növ partlayıcı güllələrdən istifadə edildiyini bildirirlər. Bu cür metallardan istifadə adi mərmilərə nisbətən daha ağır nəticələrə səbəb olur. Norveç həkimləri 30 illik fəaliyyətləri dövründə bu cür halla qarşılaşmadıqlarını bildirbrlər. Qeyd edək ki, beynəlxalq konvensiyaya əsasən bütün növ partlayıcı güllələrin istifadə edilməsi qəti qadağandır. "Röytürs" agentliyinin məluamtına görə, hərbi əməliyyat nəticəsində 400-ü qadın və uşaq olmaqla 925 fəlsətinli həlak olub. Dekabrın 27-də başlayan hərbi əməliyyatlar nəticəsində cəmi 10 İsrail əsgəri və 3 mülki vətəndaşı həyatını itirib./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar