SON XƏBƏRLƏR

Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan...

2021.10.20, 07:36
Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan...

Gunaz.tv
Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan... naxc.jpg Naxçıvanda bu mövzuda beynəlxalq simpozium keçiriləcək Bu il Naxçıvanda yeni beynəlxalq simpozium keçiriləcək. Bu barədə Lent.az-ın Naxçıvandakı bölgə müxbirinə AMEA Naxçıvan Bölməsinin Mətbuat və İnformasiya şöbəsindən məlumat verilib. Məlumatda qeyd olunub ki, aprel ayının sonlarında keçirilməsi nəzərdə tutulan “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan” mövzusundakı beynəlxalq simpoziumun təşkilatçıları AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetidir. Beynəlxalq simpoziumda İran, Türkiyə, Rusiya, Misir və digər ölkələrdən bu sahədə araşdırmalar aparan elm aləmində tanınmış tədqiqatçıların da iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, bölmə iclaslarında “Nuh peyğəmbər və dünya tufanı”, “Nuh peyğəmbər və Gəmiqaya təsvirləri”, “Dünya tufanı və Naxçıvan abidələri” mövzusuna həsr olunan 40-dan artıq məruzənin dinlənilməsi nəzərdə tutulub. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar