SON XƏBƏRLƏR

BMT-nin baş katibi Ban Ki Mun Yaxın Şərqə yollanır

2021.10.20, 07:36
BMT-nin baş katibi Ban Ki Mun Yaxın Şərqə yollanır

Gunaz.tv
BMT-nin baş katibi Ban Ki Mun Yaxın Şərqə yollanır 20081211185536ban_203x152_ap.jpg Bu gün BMT-nin baş katibi Ban Ki Mun Qəzzada atəşkəsə nail olmaq üçün Yaxın Şərqə yollanır. O İsrail və Həməsdən döyüşləri dərhal dayandırmağı tələb edib. Baş katib döyüşlərdə həddindən çox adamın həlak olduğunu, yüz minlərlə adamın humanitar fəlakət yaşadığını bildirib. Ban Ki Mun Misir, Suriya, İsrail rəhbərləri ilə danışıqlar aparacaq və Qərb sahilində Fələstin prezidenti Mahmud Abbasla görüşəcək. Onun Qəzzaya baş çəkmək planı haqda heç nə məlum deyil. Gecə ərzində Qəzza zolağında yenə partlayış səsləri eşidilirdi. İsrail əsgərlərinin bölgənin dərinliklərinə irəlilədikləri xəbər verilir. Orada işləyən BBC əməkdaşı, ağır pulemyot və İsrail tanklarından açılan atəş səslərini eşidib. Fələstin rəsmiləri həlak olmuş 900-dən çox fələstinlinin üçdə birinə qədərinin uşaq olduğunu deyirlər. İsrail 13 nəfər itirib, bunlardan da 10 əsgərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar