SON XƏBƏRLƏR

Yanvarın 13-də Rusiya Avropaya qaz nəqlini bərpa edə bilər

2021.10.20, 07:36
Yanvarın 13-də Rusiya Avropaya qaz nəqlini bərpa edə bilər

Gunaz.tv
Yanvarın 13-də Rusiya Avropaya qaz nəqlini bərpa edə bilər 6930e45e-0481-4031-9be9-0644142ab9d2_w203_s.jpg Avropalı ekspertləri Ukrayna-Polşa sərhədindəki qaz ötürücü stansiyada monitorinqin nəticələrini açıqlayır Avropa Birliyindən bildirirlər ki, Rusiyanın Ukrayna vasitəsilə Avropaya qaz nəql etməməsi üçün heç bir səbəb görmürlər. Hələ bazar günü Rusiya elan etmişdi ki, Avropa Birliyinin vasitəçilik etdiyi razılaşmada boşluq var, çünki sənədin mətninə Ukraynanın bəyanatı da daxil edilib. Daha sonra Birliyə sədrlik edən Çexiyanın energetika naziri Martin Riman təsdiqləyib ki, Ukrayna sənədi heç bir şərt olmadan yenidən imzalayıb. Yanvarın 12-də baş nazir Vladimir Putin də Moskvada hökumətin iclasında bildirib ki, Avropaya qazın nəqli müşahidəçilərin prosesə nəzarət etdiklərinə əmin olandan sonra bərpa olunacaq. Qaz nəqlini müşahidə edəcək beynəlxalq ekspertlərlə bağlı razılaşma isə artıq imzalanıb. Moskva ilə Kiyevin arasında qazla bağlı mübahisə yarandığına görə Rusiya yanvarın ilk günlərindən Ukrayna və Avropaya qaz nəqlini dayandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar