SON XƏBƏRLƏR

CORC BUŞ PREZİDENT KİMİ SONUNCU MƏTBUAT KONFRANSINI KEÇİRİB

2021.10.20, 07:36
CORC BUŞ PREZİDENT KİMİ SONUNCU MƏTBUAT KONFRANSINI KEÇİRİB

Gunaz.tv
CORC BUŞ PREZİDENT KİMİ SONUNCU MƏTBUAT KONFRANSINI KEÇİRİB 1133599_20090113015650__.jpg Yanvarın 12-də ABŞ prezidenti Corc Buş Ağ evdə dövlət başçısı kimi son mətbuat konfransını keçirib. «Amerikanın səsi» xəbər verir ki, Buş xarici və iqtisadi siyasət sahəsində tənqidləri rədd edərək administrasiyanı müdafiə edib. Jurnalistlər üçün geniş mətbuat konfransında ABŞ prezidenti Ağ evə artıq iqtisadi yavaşıma şəraitində gəldiyini və indi iqtisadi tənəzzül vaxtı hakimiyyətdən getdiyini bildirib. O, maliyyə bazarında problemi həll etmək üçün «fövqəladə tədbirlər» görüldüyünü deyib. Xarici siyasət sahəsinə gəldikdə,Yaxın Şərqdə vəziyyətin müzakirəsinə geniş yer verən prezident Buş İsraillə Fələstin arasında «davamlı sülh»ə çağırıb. O, Fələstin dövlətinin yaradılması çağırışlarını bir daha dilə gətirib. Jurnalistlərin sullarını cavablandırarkən ABŞ prezidenti yol verdiyi səhvləri sırasında 2003-cü ildə İraqda hərbi əmliyyatların bitdiyini elan etməsini, «Missiya bitib» deməsini xatırladıb. O bunun yanlış mesaj olduğunu təsdiqləyib. C.Buş hakimiyyətdən yanvarın 20-də, ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama 44-cü prezident kimi and içəndən sonra gedəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar