SON XƏBƏRLƏR

AZƏRBAYCAN HÖKUMƏTİ RUSİYAYA «MEDİA FORUM»un ÜZƏ ÇIXARDIĞI SİYAHI İLƏ ƏLAQƏDAR RƏSMİ SORĞU VERİB

2021.10.20, 07:36
AZƏRBAYCAN HÖKUMƏTİ RUSİYAYA «MEDİA FORUM»un ÜZƏ ÇIXARDIĞI SİYAHI İLƏ ƏLAQƏDAR RƏSMİ SORĞU VERİB

Gunaz.tv
AZƏRBAYCAN HÖKUMƏTİ RUSİYAYA «MEDİA FORUM»un ÜZƏ ÇIXARDIĞI SİYAHI İLƏ ƏLAQƏDAR RƏSMİ SORĞU VERİB xariciishllernazirliyi-6-1.jpg Ermənistanın Gümri şəhərində yerləşən Rusiya hərbi qüvvələrinə məxsus 102 saylı hərbi bazadan Ermənistanın hərbi qüvvələrinə 800 milyon ABŞ dolları dəyərində hərbi silah və sursatın verilməsinə dair yayılmış məlumatla əlaqədar Rusiya Federasiyasının Bakıdakı səfiri Vasili İstratov Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib. Məlumatı AzərTAc Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinə istinadla yayıb. Məlumatda deyilir ki, nazir müavini Araz Əzimovla görüş zamanı səfir V.İstratova məlumatın həqiqətə uyğun olub–olmamasının təsdiq edilməsi barədə rəsmi sorğu edilib. Öz növbəsində V.İstratov sorğu ilə əlaqədar Rusiya tərəfinin məsələyə aydınlıq gətirəcəyini bildirib. Xatırladaq ki, Rusiyanın Ermənistana 800 milyon ABŞ dolları dəyərində silah-sursat verməsinə dair məlumatı həmin silahların siyahısı ilə birgə yanvarın 8-də «Media forum» saytı yayıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar