SON XƏBƏRLƏR

ABŞ və Gürcüstan hərbi əməkdaşlıq planını razılaşdırıblar

2021.10.20, 07:36
ABŞ və Gürcüstan hərbi əməkdaşlıq planını razılaşdırıblar

Gunaz.tv
ABŞ və Gürcüstan hərbi əməkdaşlıq planını razılaşdırıblar abs-gurcustan-bayraqi.jpg ABŞ və Gürcüstan müdafiə sahəsində əməkdaşlıq planını razılaşdırıblar. Lent.az-ın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan müdafiə naziri David Sixarulidze bildirib. Sixarulidze ABŞ müdafiə nazirinin müavini Qordon Enqlandla görüşdən sonra belə bir bəyanatla çıxış edib. Vaşinqtonda keçirilən görüş zamanı hərbi əməkdaşlığın genişlənməsi, Gürcüstanın NATO-ya üzvlüyü, eləcə də ötən həftə iki ölkə arasında imzalanan strateji əməkdaşlıq Xartiyasının nəzərdə tutduğu müdafiə və təhlükəsizlik mövzuları müzakirə olunub. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar