SON XƏBƏRLƏR

Rusiya Ermənistana əlavə olaraq S-125 və «Peçora-2M» adlı zenit-raket kompleksi verir (Yenilənib)

2021.10.20, 07:36
Rusiya Ermənistana əlavə olaraq S-125 və «Peçora-2M» adlı zenit-raket kompleksi verir (Yenilənib)

Gunaz.tv
Rusiya Ermənistana əlavə olaraq S-125 və «Peçora-2M» adlı zenit-raket kompleksi verir (Yenilənib) Rusiya tərəfindən Ermənistan Müdafiə Nazirliyinin sərəncamına əlavə olaraq S-125 və «Peçora-2M» adlı zenit-raket kompleksinin verilməsi nəzərdə tutulub Ermənistanın «Hayastan-1» telekanalında bu yaxınlarda yayımlanan «Hərbi güc» proqramında bu ölkənin müdafiə nazirinin müavini general-leytenant Alik Mirzabekyan və Rusiya Müdafiə Nazirliyinin rəsmi şəxslərinin iştirakı ilə keçirilmiş iclası barədə məlumat verilib. Ermənistan-Rusiya hərbi əməkdaşlığından bəhs edən proqramda verilən məlumata görə, Rusiya tərəfindən Ermənistan Müdafiə Nazirliyinin Hava Hücumundan müdafiə qüvvələrinə əlavə olaraq S-125 və «Peçora-2M» adlı zenit-raket kompleksinin verilməsi nəzərdə tutulub. Məsələyə Müdafiə və Xarici İşlər Nazirlikləri münasibət bildirib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlunun sözlərinə görə, belə məlumat onlar da var. "Müəyyən məlumatlar var. Amma onların araşdırılmasına ehtiyac duyulur. Araşdırma yekunlaşdıqdan osnra Müdafiə Nazirliyi yekun mövqeyini bildirəcək". Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, hələlik, nazirlik Rusiyadan Ermənistana silah ötürülməsi ilə bağlı heç bir rəsmi açıqlama vermir. Bu nazirlik də faktları araşdırmaqla məşğuldur. /ANS PRESS/ Rusiya Müdafiə Nazirliyinin rəsmisi ölkəsinin Ermənistana silah verməsini təsdiqlədi (EKSKLÜZİV)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar