SON XƏBƏRLƏR

AZƏRBAYCAN SİLAHLANIR

2021.10.20, 07:36
AZƏRBAYCAN SİLAHLANIR

Gunaz.tv
AZƏRBAYCAN SİLAHLANIR Rusiya Xəzərdə hərbi təlimlərə başlayır Rusiya bu ilin yayında Xəzər dənizində “Qafqaz-2009" adı altında ”antiterror" təlimlərinə başlayacaq. Bu barədə Rusiya KİV-i xəbər yayıb. Ölkənin Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr xidmətindən verilən açıqlamada bildirilir ki, təlimlərə 8500 hərbi qulluqçu, 23 gəmi və 28 təyyarənin qatılacağı gözlənilir. Üstəlik, Rusiyanın Müdafiə Nazirliyi bu ilin sonunadək Xəzər hərbi-dəniz donanmasına “Serna” tipli iki desant gəmisi göndərməyə hazırlaşır. Qazaxıstan hərbi-dəniz qüvvələrinin komandanı Rüstəm Komratov isə bildirib ki, təlimlərdə ciddi şəkildə təmsil olunmaq fikirləri var. Rusiyanın rəhbərliyi və nəzarəti ilə keçiriləcək hərbi-dəniz manevrlərinə Qazaxıstanın 42 ton tutumlu “Burkit”, 13 tonluq “Sunkar” və 7 ton tutumlu “Sapsan” gəmiləri ilə qatılacaq. Qeyd edək ki, Rusiyanın Xəzər hövzəsində alternativsiz hərbi güc formalaşdırmaq planlarından narahatlıq keçirən sahilyanı dövlətlər dənizdəki qüvvələrini artırırlar. Azərbaycanın hərbi-dəniz qüvvələrinin heyət və texnika sarıdan təkmilləşdirilməsi ilə bağlı apardığı işlər ötən ilin mart ayından intensiv şəkildə davam etdirilir. Qazaxıstan və Türkmənistan da Xəzərdə Rusiya ilə İranın güclənməsi fonunda zəif düşməmək üçün çıxış yolu qismində Azərbaycanla inteqrasiyaya can atırlar. Azərbaycan hərbi-dəniz qüvvələrinin kəşfiyyat-diversiya mərkəzində Qazaxıstan HDD-nin xüsusi təyinatlı dəstəsinin üzvlərinin “döyüş dalğıcları” proqramı üzrə hazırlıq keçmək barədə Bakı ilə razılaşma əldə etməsi də deyilənlərə dəlalət edir. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyindən sızan xəbərdə isə deyilir ki, regiondakı situasiyanın mürəkkəb olduğu nəzərə alındığı üçün “Alov” zavodunda “Motodor” və “Marador” tipli zirehli hərbi texnikanın seriyalı istehsalına başlanacaq. Cənubi Afrika Respublikasından alınan lisenziya əsasında buraxılacaq bu texnika ilə bağlı rəsmi Keyptaunla danışıqlar aparılıb, müqavilə bağlanıb. Eyni zamanda, Elektron Hesablama Maşınları Zavodu da istehsal üçün hazır vəziyyətdədir. Həmin zavodda Türkiyənin “Raketsan” və “Aselsan” şirkətləri ilə aparılmış danışıqlar əsasında gecəgörmə texnikası, radionaviqasiya və lokasiya avadanlığı da istehsal ediləcək. Müvafiq texnologiyalar Azərbaycana gətiriləndən sonra 2010-cu ildə istehsala başlanacaq. Səbuhi MƏMMƏDLİ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar