SON XƏBƏRLƏR

BİRLƏŞMİŞ MÜXALİFƏT MİTİNQLƏRƏ BAŞLAYACAQ

2021.10.20, 07:36
BİRLƏŞMİŞ MÜXALİFƏT MİTİNQLƏRƏ BAŞLAYACAQ

Gunaz.tv
BİRLƏŞMİŞ MÜXALİFƏT MİTİNQLƏRƏ BAŞLAYACAQ Ümumrespublika etiraz aksiyalarına fevraldan start veriləcək Konstitusiyaya dəyişiklik məsələsi ortaya atılandan bu günədək yalnız bir dəfə - dekabrın 24-də Konstitusiya Məhkəməsinin qarşısında Müsavat Partiyası ilə “Azadlıq” blokunun birgə icazəsiz piketi keçirilib. Müxalifətin böyük birliyinin - Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının yaranması isə böyükmiqyaslı kütləvi etiraz aksiyalarının keçirilməsi fürsətini yaradıb. Bəs müxalifət bu fürsətdən istifadə edəcəkmi? Adıçəkilən Vətəndaş Hərəkatı mitinqlər keçirəcəkmi? Keçirəcəksə, nə vaxt? Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, mitinq barədə hələ qərar qəbul olunmayıb. Ancaq kütləvi etiraz aksiyaları mütləq keçirilməlidir və keçiriləcək: “Konkret olaraq təşviqat qruplarına fəaliyyət imkanları referenduma 28 gün qalmış verilir. Bu da təxminən fevralın ikinci yarısından sonraya düşür. Yəni təşviqat qruplarının etiraz aksiyaları fevralın ikinci yarısından sonra başlaya bilər. Ancaq düşünürəm ki, biz yalnız referendum haqqında qanuna yox, siyasi partiyalar haqqında qanuna, sərbəst toplaşma azadlığı haqqında qanuna görə kütləvi aksiyalar keçirə bilərik. Hələlik bu məsələlər barədə qərarlar qəbul olunmayıb”. A.Hacılı mitinq qərarlarının fevralın 1-dək qəbul edilməsinin gözlənilmədiyini dedi: “Çünki hazırda siyasi qüvvələr təşviqat qruplarının qeydiyyata alınması üçün təşkilati, texniki problemləri aradan qaldırmaq işi ilə məşğuldurlar. Bu proses fevralın birinədək davam edəcək”. AXCP sədrinin müavini Həsən Kərimov da Konstitusiya dəyişikliyinə qarşı kütləvi etiraz aksiyalarının fevralın birinədək gündəmdən çıxarıldığını bildirib. Onun sözlərinə görə, indiki mərhələdə daha çox təşviqat qrupları yaradıb rəsmi təbliğat-təşviqat kampaniyasına qoşulmaq istiqamətində fəaliyyət göstərirlər: “Əslində yanvar ayında da bir neçə kütləvi tədbir keçirmək niyyətindəydik. Amma partiyaların bir araya gələrək təşviqat qrupları yaratmaq barədə qərar verməsi ortaya digər məsələlər çıxarıb. Biz bu mərhələdə yalnız təşviqat qruplarının yaranması üçün iclaslar keçirməli, daha sonra isə imza toplamalıyıq. Bu da ağır proses olduğundan hələlik aksiyalara əlavə enerji sərf etmək istəmirik. Ən uzağı fevralın birinədək 40 imza toplayıb MSK-ya təqdim etməliyik. Vaxt məhdud olduğu üçün bu müddətdə kütləvi aksiyalar keçirmək işə mane ola bilər”. H.Kərimov da Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının referendumun təbliğat-təşviqat kampaniyası dövründə ümumrespublika etiraz aksiyaları təşkil edəcəyini açıqlayıb. Etibar SEYİDAĞA 585 dəfə baxılıb

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar