SON XƏBƏRLƏR

ABŞ Əfqanıstana əlavə 20 minlik dəstə göndərəcək - Dövlət katibinin köməkçisi

2021.10.20, 07:36
ABŞ Əfqanıstana əlavə 20 minlik dəstə göndərəcək - Dövlət katibinin köməkçisi

Gunaz.tv
ABŞ Əfqanıstana əlavə 20 minlik dəstə göndərəcək - Dövlət katibinin köməkçisi ABŞ-nın Əfqanıstana 20 minlik dəstənin göndərilməsi prosesi 2009-cu ilin avqust ayına qədər başa çatdırılacaq. Bu barədə ABŞ Dövlət katibinin Cənubi Asiya məsələləri üzrə köməkçisi Riçard Bauçer Əfqanıstan xarici işlər naziri Ranqin Dadfar Spanta ilə görüşü zamanı deyib. Spanta ABŞ Dövlət katibinin köməkçisinə Ştatalar tərəfindən Əfqanıstana göstərilən köməyə görə və ölkənin təhlükəsizliyinin təminatına görə öz minnətdarlığını bildirib, Əfqanıstan XİN-nin mətbuat ofisindən bildiriblər. «Amerika höküməti terorizmin və ekstremizmin kökündən aradan qaldırılması məqsədilə dünyanın ən münaqişəli nöqtəsi olan Əfqanıstana 20 minlik dəstə göndərəcək», Bauçer deyib. Nazirlərin görüşü «Taliban» hərəkətinin Əfqanıstanda fəallaşması şəraitində baş tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar