SON XƏBƏRLƏR

Tələt Paşa Komitəsi: “Ermənilərdən üzr istəmə kampaniyası xaricdən edilən tövsiyələr nəticəsində meydana çıxıb”

2021.10.20, 07:36
Tələt Paşa Komitəsi: “Ermənilərdən üzr istəmə kampaniyası xaricdən edilən tövsiyələr nəticəsində meydana çıxıb”

Gunaz.tv
Yanvarın 11-də İstanbuldakı “The Marmara” otelində Tələt Paşa Komitəsinin genişləndirilmiş İcra Şurasının toplantısı keçirilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Tələt Paşa Komitəsi Məşvərət Şurasının sədri, Şimali Kipr Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Denktaşın sədrliyi ilə keçirilən toplantıda Türkiyədə başladılan “Ermənilərdən üzr istəmə təşəbbüsü” ilə bağlı mətbuat açıqlaması verilib. Açıqlamada deyilir: “Keçmişdə Osmanlı imperiyasını parçalamaq üçün istifadə edilən “Şərq məsələsi” bu günlərdə regionun xəritəsini yenidən çəkməyə yönəlmiş Böyük Orta Şərq Layihəsinə çevrilib. “Üzr istəmə təşəbbüsu”nün tarixlə, ağılla, vicdanla qətiyyən əlaqəsi yoxdur. Buna bənzər “açılmalar” uzun dönəmdə ölkəmizə ziyan vuracaq. Biz bunların özlüyündən deyil, xaricdən edilən tövsiyələr nəticəsində meydana çıxdığını ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik. Soyqırım beynəlxalq bir yalandır. Biz vətənimizi müdafiə etmişik”. APA-nın Türkiyə bürosunun əməkdaşının “Ermənistan 20 ildir ki, Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayır. ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiya keçən il Ermənistana 800 milyon dollarlıq silah satıb. Digər tərəfdən, ABŞ və Fransadakı erməniləri lobbilərinin çox güclü olduğunu bilirik. Bu vəziyyətdə Azərbaycanın öz torpaqlarını sülh yoluyla azad edəcəyinə inanırsınızmı?” sualına cavab verən Şimali Kipr Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Denktaş deyib: “Her şey Azərbaycandan asılıdır. Problemi daim ölkənizin gündəliyinin birinci maddəsi kimi görəcək, xalqı əlbir edəcəksiniz. Gənclər Qarabağı unutmayacaq və əziz vətən torpaqları uğrunda mübarizəyə hazır olacaqlar. Biz Tələt Paşa Komitəsi olaraq, Dağlıq Qarabağ məsələsini dünyaya çatdırırıq, Azərbaycan da yorulmadan mübarizə aparacaqsınız”. Qapalı keçən toplantıda Tələt Paşa Komitəsinin bundan sonrakı tədbirlər planı müzakirə edilib.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar