SON XƏBƏRLƏR

Suriya da İsraili vurdu

2021.10.20, 07:36
Suriya da İsraili vurdu

Gunaz.tv
Suriya da İsraili vurdu tgq7pkhe.gif İsrail təyyarələri Misirin hava məkanından istifadə edirlər Yaxın Şərqdə alovlanan müharibəyə Suriya da qoşulmaq üzrədir. Dünən Suriyanın nəzarətində olan Colan təpələrindən İsrail hərbçilərinə atəş açılıb. Hədəf Suriya ilə sərhəddə təmir-bərpa işləri aparan hərbçilər və mülki şəxslər olub. İsrail ordusunun komandanlığından olay zamanı zərərçəkənlərin olmadığı bildirilir. Suriya tərəfi məsələ ilə bağlı hər hansı açıqlama verməyib. Müharibə başlayandan İsraili dəstəkləməkdə ittiham olunan Misirin dəstəyi isə nəhayət, açıq şəkildə sübuta yetirilib. Qəzzanın Misirlə həmsərhəd bölgələrini bombalayan İsrail təyyarələrinin Misirin hava məkanından istifadə etməsi qeydə alınıb. Nə İsrail, nə də Misir faktla bağlı hər hansı açıqlama yaymayıb. Bu arada «HƏMAS» yaraqlıları İsrailin Sderot şəhərinin merinin evini raketlə vurublar. Bu barədə İsrailin «Haaretz» qəzeti məlumat yayıb. Hadisə zamanı ölən və yaralananların olub-olmadığı haqda məlumat verilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar