SON XƏBƏRLƏR

RUSİYA MÜDAFİƏ NAZİRİLİYİNİN SÖZÇÜSÜ ERMƏNİSTANA SİLAH VERİLDİYİNİ TƏSDİQLƏYİB

2021.10.20, 07:36
RUSİYA MÜDAFİƏ NAZİRİLİYİNİN SÖZÇÜSÜ ERMƏNİSTANA SİLAH VERİLDİYİNİ TƏSDİQLƏYİB

Gunaz.tv
RUSİYA MÜDAFİƏ NAZİRİLİYİNİN SÖZÇÜSÜ ERMƏNİSTANA SİLAH VERİLDİYİNİ TƏSDİQLƏYİB ermeniyerussilahi2.jpg Rusiya Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Aleksandr Petrunin bu ölkənin Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasından erməni ordusuna silah verdiyini təsdiqləyib. ANS-ə açıqlamasında A.Petrunin deyib ki, Gümrüdəki hərbi bazadan Ermənistana hərbi texnikanın ötürülməsi dövlətlərarası müqavilələr əsasında tənzimlənir. O bildirib ki, burda hər hansı hədiyyədən söhbət belə gedə bilməz. Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə deyib ki, məsələ ilə bağlı başlanan araşdırmalar hələ yekunlaşmayıb. Yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək. Xatırladaq ki, sözügedən silahların siyahısını yanvarın 8-də «Media forum» saytı yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar