SON XƏBƏRLƏR

Zahid Oruc: «Azərbaycanın hərbi-siyasi rəhbərliyi Rusiyanın müvafiq qurumlarından izahat istəməlidir»

2021.10.20, 07:36
Zahid Oruc: «Azərbaycanın hərbi-siyasi rəhbərliyi Rusiyanın müvafiq qurumlarından izahat istəməlidir»

Gunaz.tv
Zahid Oruc: «Azərbaycanın hərbi-siyasi rəhbərliyi Rusiyanın müvafiq qurumlarından izahat istəməlidir» zahid_oruc_21_01_08.jpg Millət vəkilinin sözlərinə görə, Rusiyanın Ermənistana silah verməsi Azərbaycanı təhlükəsizliyini təmin etmək üçün hərbiləşdirmə siyasətinə önəm verməyə vadar edir. Ana Vətən Partiyası Rusiyanın davamlı olaraq Ermənistanı silahlandırma siyasətini pisləyir. Bunu ANS PRESS-ə açıqlamasında Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasından Ermənistan Müdafiə Nazirliyinin sərəncamına 69 adda silah, hərbi sursat, texnika və avadanlıqların verməsinə münasibət bildirən millət vəkili, Ana Vətən Partiyası sədrinin birinici müavini Zahid Oruc deyib. O bildirib ki, bu, Ermənistanın təcavüzkarlığına stimul verməklə, onu işğal olunmuş ərazilərdə möhkəmlənməsinə yardım edir. «Digər tərəfdən isə Ermənistanın silahlandırılması Cənubi Qafqazdakı kövrək sülhə zərbə vurmaqla, regionda iqtisadi, siyasi və geosiyasi maraqları olan bütün dairələrə yönəlir. Ötən ilin avqust hadisələrindən sonra Rusiyanın Qarabağ danışıqlarında fəallaşması və Moskva bəyannaməsinin izalanması müəyyən ümidlər yaratmışdı. Lakin Rusiyanın Ermənistana silah verməsi onların bu addımının üzərindən xətt çəkmiş oldu. Belə hərbiləşdirmə siyasəti bəyannamənin müddəlarını və münaqişənin sülh vasitəsi ilə nizamlanması prinsipini zərbə altında qoyur. Bu heç şübhəsiz ki, Azərbaycana alternativ təhlükəsizlik arxitekturalarında fəal yer tutmağa və ölkəmizin təhlükəsizliyini təmin etmək üçün hərbiləşdirmə siyasətinə önəm verməyə vadar edir. Azərbaycanın silahlanmadan başqa alternativi qalmır». Millət vəkili Rusiyanın bu addımının Qarabağ münaqişəsinin həlli istiqamətində üzərinə götürdüyü bitərəf missiyasına böyük zərbə olduğunu bildirib. Onun fikrincə, Azərbaycanın hərbi-siyasi rəhbərliyi, konkret olaraq həm Xarici İşlər, həm Müdafiə Nazirliyi bu məsələ ilə bağlı Rusiyanın müvafiq qurumlarından izahat istəməlidir. «Həmçinin Avropada adi silahlar ilə bağlı cinah sazişində kvotaları çoxdan və kobud şəkildə pozduğunu hər il Vyanada keçirilən konfransda rəhbərliyin diqqətinə çatdırılmalıdır. Bununla bağlı digər beynəlxalq lazımi qurumlar xəbərdar edilməli, regionda silahlanma vəziyyətinə və resurslara nəzarət üçün olan qurumların bölgəyə gəlməsinə nail olunmalıdır». Kəmalə Məmmədova /ANS PRESS/ Rusiya Müdafiə Nazirliyinin rəsmisi ölkəsinin Ermənistana silah verməsini təsdiqlədi (EKSKLÜZİV) Rusiyanın Gümrüdəki hərbi bazasından Ermənistan Müdafiə Nazirliyinə verilmiş silah-sursatın siyahısı üzə çıxıb

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar