SON XƏBƏRLƏR

Türkiyədə dövlət çevrilişinə cəhddə 9 nəfərə ittiham oxunub

2021.10.20, 07:36
Türkiyədə dövlət çevrilişinə cəhddə 9 nəfərə ittiham oxunub

Gunaz.tv
Türkiyədə dövlət çevrilişinə cəhddə 9 nəfərə ittiham oxunub bayrag_turk.jpg Bir gün əvvəl isə məhkəmədə iki polkovnik və iki leytenanta da eyni ittiham irəli sürülmüşdü Türkiyədə dövlət çevrilişinə cəhddə terrorçu təşkilata mənsub olduqları aşkar edilən 9 nəfərə ittiham ouxunub. Məhkəmədə eyni ittiham dünən daha 4 türkiyəli - iki polkovnik və iki leytenanta da irəli sürülmüşdü. Həbs olunan 40 nəfərdən digər 9 şübhəlini isə məhkəmə heç bir ittiham irəli sürmədən azadlığa buraxıb. Yanvarın 9-da polis Ankara yaxınlığında sui-qəsdçilərə aid olduğu ehtimal edilə silahla dolu gizli ambar aşkar etmişdi. 2008-ci ilin oktyabrında mövcud hakimiyyətə qəsd ittihamı ilə Türkiyə məhkəməsi qarşısına 86 nəfər çıxarılmışdı. Rəsmi versiyaya görə, qəsdin arxasında hazırda Türkiyədə hakimiyyətdə olan mötədil islamçı hökuməti yıxmaq istəyən «Ergenekon» təşkilatı dayanır. «Ergenekon» üzvləri özlərini Türkiyə dövlətinin dünyəvi dəyərlərinin mühafizəçiləri hesab edirlər. Türkiyə müxalifəti isə hakimiyyəti siyasi təqiblərdə suçlayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar