SON XƏBƏRLƏR

Azərbaycan Milli Hərəkatına qarşı İranın hizbullahları, şahçılar və kommunistlər birləşdilər

2021.10.20, 07:36
Azərbaycan Milli Hərəkatına qarşı İranın hizbullahları, şahçılar və kommunistlər birləşdilər

Gunaz.tv
Azərbaycan Milli Hərəkatına qarşı İranın hizbullahları, şahçılar və kommunistlər birləşdilər Bir müddət bundan əvvəl İranın Mədəniyyət və İslam İrşad Nazirliyi tərəfindən Vəhid Musaiyan rejissorluğu ilə bir sənədli film çəkilmişdir. Bu film "Lost land", yəni "İtirilmiş yer" adlanır. Film keçən il İranın Fəcr adlı film festivalında nümayiş etdirilib və yaxşı yer tutduğu üçün mükafata layiq görülmüşdür. Filmdə cəhd olunur tamaşaçıya çatdırılsın ki, ikinci dünya müharibəsindən sonra Güney Azərbaycanda rusların dəstəyi ilə bir hökümət yaranmışdı. Hamıya məlumdur ki, burda söhbət Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə yaranmış Azərbaycan Milli Hökümətindən gedir. Bu filmdə göstərilir ki, Milli Hökümət aradan gedəndən sonra, Güney Azərbaycandan Şimali Azərbaycana pənah aparmış soydaşlarımızın psixoloji, ağır durumları olmuşdu. Beləki, daim İrana qayıdıb və fars dilində danışmaq həsrəti ilə yaşayırmışlar. Baxmayaraq ki, film İran höküməti tərəfindən yaradılıb, amma İran şahçıları bu filmi tarixi nadir əsər adlandırıblar və dəfələrlə Amerikadan yayılan şahçıların televizor kanallarında nümayiş etdirilmişdir. Ən maraqlısı bundan ibarətdir ki, İran kommunistləri də şahçılara və İran hizbullahlarına qoşulub, antiazərbaycançılığı təbliğ edən bu filmin təbliğatçıları olmuşdurlar. Həmçinin İranın İşçi yolu adlı marksist - leninist təşkilatına aid olan və Stokholmda FM dalğasında yayılan "Həmbəstəgi", yəni "Həmrəylik" radiosu bu filmin Stokholmda yayılması ilə bağlı çox təbliğat aparıblar. 10 yanvar 2009 - cu ildə film Stokholmda nümayiş etdirilib və diqqətinizə çatdırmaq istəyirik ki, 17 yanvarda Göteborg və 18 - də Malmö şəhərlərində yayılacaq. Məlumat üçün qeyd edirik, Stokholmda film yayılarkən çoxlu sayda Azərbaycanlı orda iştirak edib və filmə etiraz əlaməti olaraq bir neçə yurddaşımız sonda çıxış edib. O cümlədən Güney Azərbaycanın tanınmış, dəyərli ziyalısı Əli bəy Mollazadə çıxış edərək: " İran ariyapərəstləri sizin filmdən razı olarlar, çünki filmi ariyaların atası Hitlerlə başlamısınız" Diqqətinizə çatdırırıq ki, film Hitleri nümayiş etdirilən kadrla başlayır. Sonra Əli bəy, film İranının Təhlükəsizlik Orqanları tərəfindən sifarişlə çəkilməsini deyib, özlərin müxalif və demokrat adlandıran xaricdə yaşayan farslar tərəfindən yayılmasına təəssüf edib. Bu tədbirdə iştirakçıların çoxunun Azərbaycanlı olmağı bais olub, Əli bəyin çıxışına farslar mane ola bilməyələr. Ancaq yerbəyerdən uca səslə ona etiraz ediblər. O cümlədən zalda oturmuş bir fars qadın yanında oturmuş 12-13 yaşlı qız uşağını göstərib demişdir: "Sən uca səslə danışıb, bu uşağı qorxudursan!" Əli bəysə öz növbəsində cavab verib ki: "Nənə mən qəribəm" oyunu çıxartma. Bura uşaq yeri deyil, uşağı götür məclisdən apar." Əli bəyin sözünə qüvvət olaraq deyirik ki, millətin tale yüklü məsələsində uşaq - muşaq əl - ayağa dolaşmamalıdır! Güneyli mənbələrin verdiyi məlumata görə, İran fars rejimininin Azərbaycanlılara qarşı çəkdiyi "İtirilmiş yer" filmi İran mərkəzi ETTELAAT orqanlarının xüsusi sifarişi ilə yaranıb və İranın ETTELAAT məmurları çalışmışdırlar ki, İran universitetlərində geniş şəkildə bu filmi yaysınlar. Amma milli fəalların şiddətli etirazları bu işə ciddi mane olmuşdu. Bu siyasət daxildə məğlub olsa da, amma rejim rahat oturmayıb, xaricdə şahçılar və kommunistlərin vasitəsi ilə filmi nümayiş etdirirlər. Bu vasitə ilə də Milli Hərəkatımıza qarşı psixoloji müharibəni davam etdirirlər. lost-land2.jpg Bu bildiriş filmin nümayişi zamanı iştirakçılar arasında yayılmışdı. Xatırladaq ki, bu bildirişdə İranın Mədəniyyət və İslam İrşad Nazirliyinin nəzarəti altında olan sitənin unvanı verilib, təbliğ olunur. Xəbərləri hazırladı: azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar