SON XƏBƏRLƏR

ÖLÜM FİTVASI VERƏNLƏRƏ CİNAYƏT İŞİ AÇILIB

2021.10.20, 07:36
ÖLÜM FİTVASI VERƏNLƏRƏ CİNAYƏT İŞİ AÇILIB

Gunaz.tv
ÖLÜM FİTVASI VERƏNLƏRƏ CİNAYƏT İŞİ AÇILIB Sabir Rüstəmxanlını terrorla hədələyənlər həbs oluna bilər 6247.jpg Yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən piket zamanı çıxış edənlərdən birinin Azərbaycan Milli Məclisinin deputatı Sabir Rüstəmxanlını öldürmək barədə dediyi fikirlərlə əlaqədar cinayət işi başlanıb. Lent.az-ın daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır. Sabir Rüstəmxanlı Lent.az-a açıqlamasında bildirib ki, onun özü bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət etməyib. Lakin o, cinayət işi açılmasından xəbərdar olduğunu deyib. lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar