SON XƏBƏRLƏR

Nardaran kəndlilərinə Təbrizli bir milli fəalın açıq məktubu

2021.10.20, 07:36
Nardaran kəndlilərinə Təbrizli bir milli fəalın açıq məktubu

Gunaz.tv
Nardaran kəndlilərinə Təbrizli bir milli fəalın açıq məktubu Çox təəssüflə, son zamanlarda Azərbaycanın görkəmli şairi, ictimai xadimi və Millət Vəkili Sabir bəy Rüstəmxanlıya qarşı təzyiq artmışdır. Bir neçə müddət bundan əvvəl S.Rüstəmxanlı İranın dini rəhbəri Əli Xamneyiyə açıq məktub yazıb və burda Güney Azərbaycanlıların ağır durumların xatırlatmışdı. Bu məktub yayılandan sonra S.Rüstəmxanlıya qarşı sistemli formada İran rejimi tərəfindən təxribat həyata keçirilir. Hətta müəmmalı yazılarda da açıq - aşkar onu hədələyirlər. Bundan da əlavə çox ürəkağrıdıcıdır ki, Müstəqil Azərbaycanda bəzi sadəlövh adamlar İranın mənfi təbliğatı nəticəsində özləri bilmədən öz fərdi və milli mənfətlərinə qarşı İran rejiminin siyasətini həyata keçirirlər. O cümlədən, Bakının Nardaran kəndində bəzi sadəlövh yurddaşlarımız bunu başa düşmək istəmirlər ki, İran rejimi dindən sui - istifadə edib, əslində Müstəqil Azərbaycanda vətəndaş müharibəsi salmaq fikrindədir. Elə bu siyasəti də Fələstində, Livanda həyata keçirib. Bizim bu sadəlövh yurddaşlarımız nə üçün özlərindən soruşmurlar: "Əgər İran rejiminə islam dininin üsullarını qoruyub saxlamaq əhəmiyyət daşıyırsa, bəs nə üçün İran Azərbaycanı işğal etmiş Ermənistanın ən böyük iqtisadi və hərbi şəriki sayılır? Niyə Nardarandakı soydaşlarımız Xocalı hadisəsinə görə İranı qınamırlar? Bunlardan da əlavə, nə üçün İranda islam inqilabından sonra türk dünyasının böyük din xadimi və Ayətullah Xomeyninin müəllimi, yəni Ayətullah Şəriətmədarini işgəncəyə məruz qoyub, öz evində həbs edib, hətta ölüm ayağında olanda belə oğluna icazə vermədilər ki, atası ilə vidalaşsın. Əlbəttə, yüzlərlə belə misalllar çəkmək olar. Amma hədəfimiz bu barədə məqalə yazmaq deyil. Ümid edirik ki, Nardaranda yaşayan bəzi ürəyi təmiz, amma İranın siyasətin başa düşməyən yurddaşlarımız ancaq duyğu ilə yox, məntiqlə mövzuya yanaşıb, həqiqəti dərk etəcəklər. Yaxşı olar ki, bu insanlar Sabir bəy Rüstəmxanlını ölümlə hədələmək yerinə, Güneyli jurnalist qadın Şahnaz Qulami Təbriz zindanında işgəncəyə məruz qalıb, acından huşun itirəndə, 10 yaşlı qızı tək - tənha, yiyəsiz qalanda, niyə onların müsəlmançılıqları baş qaldırmırdı? Biz İran rejimi tərəfindən Sabir bəy Rüstəmxanlıya qarşı olan hədələri məhkum edir, ona uzun ömür arzu edirik. Təbiidir, onun təhlükəsizliyin o taylı bu taylı Azərbaycanlılar təmin etməlidirlər. Sabir Rüstəmxanlıya ölüm fitvası çıxarıldı sabir-rustemxanli-yeni.jpg Nardaranlılar deputatı millətə xəyanətdə günahlandırırlar Bu gün Nardaran qəsəbəsindəki “İmam Hüseyn” meydanında İsrailin Fələstində həyata keçirdiyi hərbi əməliyyatlara etiraz əlaməti olaraq aksiya başlayıb. APA-nın Nardaranda olan əməkdaşının məlumatına görə, aksiyada “Biz Qəzza ilə həmdərdik!”, “Amerika və İsrailə ölüm!”, “ABŞ dünya müsəlmanlarına qənim kəsilib!” şüarları səsləndirilib. Mitinqdə çıxış edən Nardaran sakini Hacı Əli Hüseynov Qəzzada baş verənləri “əsrin faciəsi” adlandırıb: “Demokratiyadan dəm duran Amerika cinayətkar İsrailə dəstək verir. Azərbaycanın hər yerində İsrailə nifrət var”. Hacı Əli Hüseynov Azərbaycanın bəzi ziyalılarının xalqa yalan məlumatlar verdiklərini, bununla millətə xəyanət etdiklərini deyib: “Sabir Rüstəmxanlı kimi vicdansız ziyalılar millətə xəyanət edir, Azərbaycanın dərdini açıqlayan “Səhər” (İran kanalını nəzərdə tutulur -red.) kanalına böhtan atır. Sabir Rüstəmxanlının bu hərəkətlərinə görə onun barəsində Nardaran ağsaqqallarından biri tərəfindən ölüm fitvası çıxarılıb. Sabir Rüstəmxanlı, sən bundan sonra cangüdənlərinin sayını artır”. Aksiyada çıxış edən Nardaran sakini Hacı Hikmət Məmmədov isə Azərbaycan hakimiyyətini Qəzzada baş verənlərə diqqət yönəltməyə çağırıb. Aksiya “Hüseyndir şüarımız, şəhadətdir iftixarımız!” şüarı ilə davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar