SON XƏBƏRLƏR

PEJAK terror təşkilatı fəaliyyətini dayandırdı

2021.10.20, 07:36
PEJAK terror təşkilatı fəaliyyətini dayandırdı

Gunaz.tv
PEJAK terror təşkilatı fəaliyyətini dayandırdı pejak-terror-teshkilati.jpg PKK terror təşkilatının İrandakı qolu PEJAK fəaliyyətini dayandırdığını bəyan edib. Lent.az-ın İranın İRNA-ya istinadən məlumatına görə, terror təşkilatı fəaliyyətini dayandırdığı barədə aşıqlama yayıb: “Artıq mərkəzi hökumətlərlə mübarizə aparmağa gücümüz çatmır. Türkiyə, Suriya, İraq və İranda yerli hökumətlərdən fərqli mövqe göstərməməliyik”. Digər terror təşkilatlarına da bu cür addım atmağı məsləhət görən PEJAK fəaliyyətini dayandırması barədə qərarını maddi imkansızlıqla əlaqələndirib. Qeyd edək ki, PEJAK-ın İranda həyata keçirdiyi terror aktları nəticəsində minlərlə ölkə vətəndaşı həlak olub. Türkiyə-İran-İraq sərhəd bölgələrindəki dağlarda gizlənən terrorçularla İran təhlükəsizlik xidmətləri əməkdaşları arasında tez-tez atışma baş verir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar